İzahlı lüğət

DILĞIRLIQ (ID - 9496)

is. dan. 1. Tükü tökülmüş heyvanın hal və vəziyyəti; qoturluq.
2. məc. Qeyri-ciddilik, boşluq, avaralıq; lütlük, yaramazlıq.

DIMIQ (ID - 9497)

is. dan. 1. Kəsən şeyin iti tərəfi. Dəhrənin dımığı.
// Kəsən şeyin ucu. Qiyməkeşin dımığı yuxarı baxır, dəhrəninki aşağı.
2. Quyruğu yumru qoyun. Dımıq qoyun.

DINBIZ (ID - 9498)

sif. dan. Həddindən böyük, yekəpər. Dınbız adam. Dınbız tülkü.

DINQ (ID - 9499)

təql. Mis və başqa metallara vurulanda çıxan səs.

DINQADIRINQ (ID - 9500)

is. dan. 1. Mis və s. metalları bir-birinə toxunduraraq, yaxud bir şeylə onları vuraraq səs çıxarma.
2. isteh. Çalğı səsi.

DINQILDAMA (ID - 9501)

“Dınqıldamaq”dan f.is.

DINQILDAMAQ (ID - 9502)

f. Dınqıltı səsi çıxmaq. Tar dınqıldadı.

DINQILDATMA (ID - 9503)

“Dınqıldatmaq”dan f.is.

DINQILDATMAQ (ID - 9504)

icb. 1. Toxunduraraq metal qablarda və ya simli musiqi alətində səs çıxarmaq. Həyətdə palaz döşənib samovar qurulmuşdu. Mollabacı mis ləyəni dınqıldadıb oxuyurdu. Çəmənzəminli. Bayır tərəfdən divarların dibi ilə uzanan sərv...

DINQILI (ID - 9505)

sif. dan. Xırdaca, çox kiçik, çox balaca.

DINQILTI (ID - 9506)

is. Vurulanda mis qabdan və s.dən çıxan səs. Zəngin dınqıltısı. - Çəngəllər tez-tez boşqablara dəyib dınqıltı qoparırdı. İ.Məlikzadə.

DINQIR (ID - 9507)

is. məh. 1. Qavala oxşayan çalğı aləti. Qapıda qulluq edən uzunsaçlı müridlərdən biri dınqır çalmağa başladı. S.Şamilov. [Cahandar ağa Molla Sadığa:] - Kəs səsini, dınqıra süzən qurumsaq! İ.Şıxlı.
Kiçik qutu.
Bax...

DIRILDAMAQ (ID - 9508)

f. dan. 1. Cırıldamaq. Araba dırıldayır.
2. Çox mənasız, boş danışmaq, baş-qulaq aparmaq.

DIRMAQLAMAQ (ID - 9509)

bax dırmıqlamaq.

DIRMAQLANMA (ID - 9510)

“Dırmaqlanmaq”dan f.is.

DIRMAQLANMAQ (ID - 9511)

bax dırmıqlanmaq.

DIRMALAMA (ID - 9512)

“Dırmalamaq”dan f.is.

DIRMALAMAQ (ID - 9513)

f. 1. Qazımaq, cırmaqlamaq. [Pələng] də məni görmüşdü, pəncəsi ilə acıqlı-acıqlı yeri eşir, dırmalayırdı. A.Şaiq. Kamal elə bir həyəcanla çığırdı ki, elə bil qaraquş indicə caynaqları ilə onun üz-gözünü dırmalayacaqdı....

DIRMANDIRMAQ (ID - 9514)

“Dırmanmaq”dan icb.

DIRMANMA (ID - 9515)

“Dırmanmaq”dan f.is.

DIRMANMAQ (ID - 9516)

f. Əl və ayaqlar vasitəsilə dik bir yerə, yuxarıya qalxmaq, dırmaşmaq, çıxmaq. [Qoyunlar] qulaqlarını qırparaq birdən-birə döndülər, quyruqlarını ata-ata, mələşə-mələşə təpəni başıyuxarı dırmandılar. A.Şaiq. İnsanın...

DIRMAŞDIRMA (ID - 9517)

“Dırmaşdırmaq”dan f.is.

DIRMAŞDIRMAQ (ID - 9518)

“Dırmaşmaq”dan icb. Rövşən atları daşlığa dırmaşdırdı. “Koroğlu”.

DIRMAŞMA (ID - 9519)

“Dırmaşmaq”dan f.is.

DIRMAŞMAQ (ID - 9520)

b ax dırmanmaq. Dedim: Yaxşıdır, bir daha dırmaşım; Əlimdə salamat qala ta başım. M.Ə.Sabir. Anam mənə dağkeçisi deyərdi, çünki qayalara keçi kimi dırmaşırdım... S.S.Axundov. Hələ əks-səda kəsilməmiş təpəyə dırmaşan...

DIRMIQ (ID - 9521)

DIRMIQÇI (ID - 9522)

is. Dırmıqla işləyən adam.

DIRMIQLAMA (ID - 9523)

“Dırmıqlamaq”dan f.is.

DIRMIQLAMAQ (ID - 9524)

f 1. Dırmıqla təmizləmək, kəsəkləri dırmıqla əzmək, hamarlamaq; çəng çəkmək. Bostan yerini dırmıqlamaq.
2. Dırmıqla otu darayıb ayırmaq və ya xırmanda küləşi darayıb dəndən ayırmaq.

DIRMIQLANMA (ID - 9525)

“Dırmıqlanmaq”dan f.is.

DIRMIQLANMAQ (ID - 9526)

məch. Dırmıqla təmizlənmək, hamarlanmaq. Kəsilmiş gövdələr tamamilə dırmıqlanıb qotmanlara yığılmalıdır. “Pambıqçılıq”.

DIRNAĞAOXŞAR (ID - 9527)

bax dırnaqşəkilli.

DIRNAQ (ID - 9528)

is. 1. Barmaqların ucunun üst tərəfındə sümük kimi maddədən ibarət örtü. Dırnaq tutmaq. Dırnaq şotkası (dırnaqları təmizləməyə məxsus kiçik şotka).
// At, inək kimi heyvanların ayaqlarının alt hissəsini əhatə edən...

DIRNAQARASI (ID - 9529)

sif. dan. isteh. Verilən ada layiq olmayan, yalançı əsli olmayan, qeyri-həqiqi. Dırnaqarası alim.

DIRNAQBAĞASI (ID - 9530)

is. Dırnaqlı heyvanların dırnağında baş verib onun qırışmasına, büküşməsinə səbəb olan xəstəlik.

DIRNAQCIQ (ID - 9531)

is. 1. Kiçik dırnaq.
2. Yarpağın getdikcə daralan hissəsi. Sərbəst tac yarpağının geniş hissəsi aya, dar hissəsi isə dırnaqcıq adlanır. M.Qasımov. [Turuncarın] ləçəklərinin dırnaqcığı uzundur. Meyvəsi silindrşəkilli buynuz...

DIRNAQDİBİ (ID - 9532)

is. dan. Dırnağın dibinin iltihabı və irinləşməsi; dolama. Barmağına dırnaqdibi çıxıb.

DIRNAQLAMA (ID - 9533)

“Dırnaqlamaq”dan f.is.

DIRNAQLAMAQ (ID - 9534)

f. 1. Cırmaqlamaq. Pişik uşağın əlini dırnaqlayıb.
2. Dırnaqla yeri eşmək, dırnaqla bir şeyi cızmaq, yaxud əzmək.

DIRNAQLANMA (ID - 9535)

“Dırnaqlanmaq”dan f.is.

DIRNAQLANMAQ (ID - 9536)

f. 1. Cırmaqlanmaq, dırnaqla cızılmaq.
2. qayıd. Dırnaqla qaşınmaq.

DIRNAQLAŞMA (ID - 9537)

“Dırnaqlaşmaq”dan f.is.

DIRNAQLAŞMAQ (ID - 9538)

qarş. Bir-birini dırnaqla cırmaqlamaq; cırmaqlaşmaq.

DIRNAQLI (ID - 9539)

sif. 1. Dırnağı olan. Dırnaqlı heyvanlar. Çatal dırnaqlı qoyun və keçi.
2. məc. dan. Qoçaq, bacarıqlı, hünərli.
// məc. Yapışanda buraxmayan, çənginə keçəni buraxmayan.

DIRNAQLILAR (ID - 9540)

is. zool. Dırnaqlı məməlilər dəstəsi. Dırnaqlılar dəstəsinə bitki ilə qidalanan və ayaqlarında mal dırnaqları olan iri məməlilər aiddir. Dırnaqlılar yerdə qaçan heyvanlardır. “Zoologiya”.

DIRNAQSIZ (ID - 9541)

sif. Dırnağı, ya dırnaqları olmayan, dırnağı düşmüş. Dırnaqsız barmaq.

DIRNAQŞƏKİLLİ (ID - 9542)

sif. Şəkilcə dırnağa oxşayan, dırnaq şəklində olan.

DIRNAQTUTAN (ID - 9543)

is. Dırnaq kəsmək üçün alət. Bu zorba bıçağın üç-dörd tiyəsi, qayçısı, dırnaqtutanı, vintburanı vardı. M.Hüseyn.

DIŞ (ID - 9544)

is. Xaric, bayır, dışarı.

DIŞARI (ID - 9545)

is. Bayır, çöl, eşik. Dışarı baxmaq. - Qızıl Arslan Səba xanımın saraydan dışarı çıxdığı zaman heç kəsə bildirmədən həbsə alınmasını və edam edilməsini tapşırmışdı. M.S.Ordubadi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed