DIRMANMAQf. Əl və ayaqlar vasitəsilə dik bir yerə, yuxarıya qalxmaq, dırmaşmaq, çıxmaq. [Qoyunlar] qulaqlarını qırparaq birdən-birə döndülər, quyruqlarını ata-ata, mələşə-mələşə təpəni başıyuxarı dırmandılar. A.Şaiq. İnsanın peşəsi dünyanın yoxuşlarını dırmanmaqdır.. A.Divanbəyoğlu. //Ümumiyyətlə, hündür bir yerə çıxmaq, qalxmaq. Maşınımız Lənkərandan dağlara doğru nərildəyə-nərildəyə dırmanır. S.Rüstəm.
Paylaşın - Hamı bilsin
|