DÖRDADAMLIQ (ID - 10646)sif. Dörd adam üçün olan. Dördadamlıq loja, kupe.
// Dörd adamdan ibarət. Dördadamlıq qrup. |
DÖRDAŞIQ (ID - 10647)is. köhn. Aşıqla oynanılan qumar oyunlarından biri. Çünki onların bəzisi dükanlarda gün keçirdir, qeyrisi köhnə hamamlarda dördaşıq atır. N.Vəzirov.
|
DÖRDATLI (ID - 10648)sif. İki cüt (dörd) at qoşulmuş. Dördatlı faytonlar gözəl bəzəkli. H.K.Sanılı. Bazar günü idi. Onlar dördatlı faytonu qoşdurub Şuşa şəhərinə gedəcəkdilər. Ə.Vəliyev.
|
DÖRDAVARLI (ID - 10649)sif. İki cüt avarı olan. Dördavarlı qayıq.
|
DÖRDAYAQ1 (ID - 10650)1. zərf Çaparaq, çox sürətli, çox cəld. Dördayaq get, onu çağır.
2. is. Atın dörd ayağını da yerdən üzüb atıla-atıla çapması (at yerişi). |
DÖRDAYAQ2 (ID - 10651)is. məh. 1. Üstündə xəmir yaymaq üçün ayaqlı taxta alət; yuxayayan, mərdənə. Dördayağı gətir, yuxa yay.
Ev heyvanı, iş heyvanı. Kətil. |
DÖRDAYAQLI1 (ID - 10652)1. sif. Dörd ayağı olan. Dördayaqlı masa.
is. Dörd ayağı üzərində gəzən; heyvan. Hacı Səməd ağa rəiyyəti qapıda gəzən dördayaqlılardan seçmir. Ə.Haqverdiyev. Bax dördayaq1 1-ci mənada. Mahmud əminin iki ayağı varsa,... |
DÖRDAYAQLI2 (ID - 10653)is. Sacayaq növü.
|
DÖRDAYLIQ (ID - 10654)sif. 1. Dörd ay əvvəl doğulmuş. Dördaylıq uşaq. Dördaylıq buzov.
2. Dörd ayda görüləcək, dörd ay müddətində olan, dörd ay davam edən. Dördaylıq plan. Dördaylıq təlim. |
DÖRDBARMAQ(LI) (ID - 10655)sif. Dörd barmağı olan. At öz əcdadı olan dördbarmaqlı heyvandan təkamül edib üçbarmaqlı, sonra isə birbarmaqlı - təkdırnaqlı heyvan olmuşdur ki, indi də biz onu belə təkdırnaqlı heyvan kimi tanıyırıq.
|
DÖRDBAŞ(LI) (ID - 10656)sif. Dörd başı, dörd təpəsi olan.
|
DÖRD-BEŞ (ID - 10657)say. Dörd, ya beş ədəddən və s.-dən ibarət olan. Biz məktəbdə gündə dördbeş dəfə əllərimizi sabunla yuyuruq. Ə.Haqverdiyev. Onun yanında orta yaşlı iki kişi və dörd-beş yaşlı bir oğlan uşağı vardı. İ.Şıxlı.
|
DÖRDBÖLGÜLÜ, DÖRDBÖLÜŞLÜ (ID - 10658)sifi Dörd gözdən (bölmədən, hissədən) ibarət olan. Dördbölüşlü duzqabı. Dördbölgülü meydan.
|
DÖRDBÖYRƏK (ID - 10659)sif. dan. İgid, qorxmaz, ciyərli. Yaman küyçü qocadır! - Yox, küyçü deyil, dördböyrək kişidir. Görmürsən, elə bil dağ gedir? S.Rəhimov.
|
DÖRDBUCAQ (ID - 10660)is. riyaz. Dörd bucağı olan həndəsi cisim.
|
DÖRDBUCAQLI (ID - 10661)sif Dörd bucağı olan; dördkünc. Dördbucaqlı otaq. Karvansara dördbucaqlı bir tikintidir.
|
DÖRDCƏ (ID - 10662)say. Ancaq dörd, cəmi dörd. Dördcə adam gəlmişdir. Dördcə qəpik pul qalmışdır.
|
DÖRDCƏRGƏLİ (ID - 10663)sif. Dörd cərgəsi olan, dörd sırası olan. Dördcərgəli xiyaban. Dördcərgəli oturmaq yeri.
|
DÖRDCİLDLİK (ID - 10664)sif. Dörd cilddən ibarət. Dördcildlik lüğət.
|
DÖRDÇARXLI (ID - 10665)bax dördtəkərli.
|
DÖRDDƏFƏLİ (ID - 10666)sif. Dörd dəfə təkrar edən.
|
DÖRDDƏQİQƏLİK (ID - 10667)sif. Dörd dəqiqə davam edən, sürən. Dörddəqiqəlik istirahət.
|
DÖRD-DÖRD (ID - 10668)zərf Hər dəfədə dörd ədəd, yaxud hər dəstədə dörd nəfər olaraq. Əsgərlər dörd-dörd gedirdilər. Dörd-dörd yığmaq.
|
DÖRDDÜYMƏ (ID - 10669)sif. Ölçüsü, qalınlığı və s. dörd düymə olan (bax düymə2#). Dörddüymə mıx (taxta).
|
DÖRDDÜYMƏLİ (ID - 10670)sif. Dörd düyməsi olan, dörd düymə ilə bağlanan. Dörddüyməli köynək.
|
DÖRDELEMENTLİ (ID - 10671)sif. kim. Tərkibi dörd elementdən ibarət olan. Dördelementli maddə.
|
DÖRDƏLLİ (ID - 10672)1. zərf Cəld, tələsik. O, gecəgündüz dördəlli işləyir.
□ Dördəlli yapışmaq (tutmaq) - bərk-bərk tutmaq, əlindən buraxmamaq. İşindən dördəlli yapışmaq. sif. mus. Dörd əllə ifa edilən (çalınan). Royal üçün uyğunlaşdırılmış... |
DÖRDƏM (ID - 10673)zərf Dördayaq, dördnal, birnəfəsə, çaparaq. Yasavulun kürən atı yellənərək qabağa çıxdı. At dağyuxarı dördəm tullanatullana qalxdı. S.Rəhimov.
|
DÖRDƏMƏL (ID - 10674)is. Riyaziyyatda: cəm, çıxma, vurma, bölmə əməlləri.
|
DÖRDGÖZ (ID - 10675)1. sif. Dördşəbəkəli, dördbölgülü, dörd gözü olan (ev, dükan, pəncərə və s.). Dördgöz pəncərənin xəmirlənmiş kağızı qopur, küləkli qar içəriyə soxulur. S.Rəhimov.
2. is. məc. zar. Gözlük taxan, gözlük gəzdirən,... |
DÖRDGÖZLÜ (ID - 10676)1. Bax dördgöz.
sif. Diqqətli, ayıq, sayıq. sif. Dörd gözdən (hissədən, bölmədən, şöbədən), dörd otaqdan ibarət olan. Dördgözlü körpü. Dördgözlü mənzil. |
DÖRDGUŞƏ(Lİ) (ID - 10677)sif. Dörd guşəsi (bucağı, tini) olan. Dördguşəli daş.
|
DÖRDGÜL (ID - 10678)sif. Dörd yanı bir-birinə bərabər olan, düzbucaq şəkilli; dördkünc. Dördgül kərpic.
|
DÖRDGÜNLÜK (ID - 10679)sif. Dörd gün davam edən, dörd gün tələb edən. Dördgünlük səfər. Dördgünlük iş.
// Dörd gün nəzərdə tutan, dörd gün üçün olan. Dördgünlük ehtiyat. Dördgünlük maaş. |
DÖRDHECALI (ID - 10680)sif. dilç. Dörd hecadan ibarət olan. Dördhecalı söz.
|
DÖRDHƏDLİ (ID - 10681)sif. riyaz. Dörd həddi olan. Dördhədli ifadə.
|
DÖRDHİSSƏLİ (ID - 10682)sif. Dörd hissədən ibarət olan.
|
DÖRDİLLİK (ID - 10683)sif. Dörd il müddətində olan, dörd il davam edən. Dördillik müharibə. Dördillik fəaliyyət dövrü. Dördillik təhsil kursu.
// Dörd ili nəzərdə tutan. Dördillik plan. Dördillik ərzaq ehtiyatı. |
DÖRDKƏSİCİDİŞLİLƏR (ID - 10684)is. zool. Gəmirici məməli heyvanlar yarımdəstəsi.
|
DÖRDKÜNC(LÜ) (ID - 10685) sif. Dörd küncü olan, dördbucaqlı, dördguşəli, yaxud dördbucaq şəklində olan. Dördkünc bina. - Yaşıl məhəccərli dördkünc bağçada Nizaminin tuncdan tökülmüş miniatür heykəli qoyulmuşdu. M.Hüseyn. Sola və sağa açılan...
|
DÖRDQAT (ID - 10686)zərf Dörd dəfə, dörd dəfə təkrar edilərək, dörd dəfə artırılaraq. Məhsulu dördqat artırmaq. Bükərək dördqat etmək.
// İki dəfə qatlanmış. Qara Kərəmoğlu kitabın içərisində dördqat bükülmüş rəngli xəritəni... |
DÖRDQATLI (ID - 10687)sif. Dörd qatı olan; dördmərtəbəli.
|
DÖRDQƏLSƏMƏLİ (ID - 10688)sif. zool. İki cüt qəlsəməsi olan.
|
DÖRDQƏLSƏMƏLİLƏR (ID - 10689)is. zool. İki cüt qəlsəməsi olan baş-ayaqlı molyusklar yarımsinfınin adı.
|
DÖRDQIÇLI (ID - 10690)bax dördayaqlı1
|
DÖRDQRAMLIQ (ID - 10691)sif. Çəkisi, arıqlığı dörd qram olan.
|
DÖRDQULPLU (ID - 10692)sif. Dörd qulpu, dörd yerdən tutacağı olan.
|
DÖRDLƏMƏ (ID - 10693)bax dördqat.
|
DÖRDLƏŞMƏ (ID - 10694)“Dördləşmək”dən f.is.
|
DÖRDLƏŞMƏK (ID - 10695)f. 1. Miqdarca dörd olmaq, dördə çatmaq, dördə çevrilmək.
2. Hər sırada dörd nəfər durmaq, dörddörd durmaq. |
Bu səhifə dəfə baxılıb