İzahlı lüğət

DÖRDLİTRLİ(K) (ID - 10696)

sif. Dörd litr tutan, həcmi dörd litr olan. Dördlitrlik qab.

DÖRDLÜK (ID - 10697)

sif. 1. Ölçüsü dörd vahidə bərabər. Dördlük taxta.
2. Dörd rəqəmi ilə işarə olunmuş, dörd nömrəli, dörd xalı olan. Dördlük kart.

DÖRDMƏRTƏBƏ(Lİ) (ID - 10698)

sif. Dörd mərtəbədən ibarət olan. Dördmərtəbə(li) ev. - Onlar geniş bir küçədə, yeni stildə tikilmiş dördmərtəbəli uca bir binada yaşayırdılar. A.Şaiq.

DÖRDMİSRALI (ID - 10699)

sif. Dörd misradan ibarət olan. Dördmisralı şeir.

DÖRDMOTORLU (ID - 10700)

sif Dörd motoru olan, dörd motorla işləyən. Dördmotorlu təyyarə.

DÖRDNALA (ID - 10701)

zərf bax dördayaq1

DÖRDNƏFƏRLİK (ID - 10702)

bax dördadamlıq.

DÖRDOXLU (ID - 10703)

sif İki cüt oxu olan. Dördoxlu yük vaqonu.

DÖR-DÖŞƏK (ID - 10704)

is. Yorğan-döşək, yatacaq ləvazimatı. Bir cift yastıq, bir cift mütəkkə, bir cift dör-döşək .. tədarük görüləcəkdir. R.Əfəndiyev.

DÖRDPƏRDƏLİ (ID - 10705)

sif. Dörd pərdədən, dörd hissədən ibarət olan. Dördpərdəli tamaşa (pyes).

DÖRDPİLLƏLİ (ID - 10706)

sif Dörd pilləsi olan. Dördpilləli pilləkən.

DÖRDPUDLUQ (ID - 10707)

sif. Dörd pud ağırlığında olan, yaxud dörd pud tutan. Dördpudluq kisə.

DÖRDRƏQƏMLİ (ID - 10708)

sif Dörd rəqəmdən ibarət olan.

DÖRDRƏNGLİ (ID - 10709)

sif Dörd rəngdə olan, dörd rəngdə çəkilmiş (çap olunmuş). Dördrəngli plakat.

DÖRDSAATLIQ (ID - 10710)

sif Dörd saat davam edən, dörd saat vaxt tələb edən. Dördsaatlıq tənəffüs. Dördsaatlıq iş.

DÖRDSƏSLİ (ID - 10711)

sif Dörd səslə ifa edilən, dörd səs üçün yazılmış. Dördsəsli xor.

DÖRDSƏTHLİ (ID - 10712)

sif Dörd səthi olan, dördtərəfli.

DÖRDSİMLİ (ID - 10713)

sif Dörd simi olan, dörd simlə çalman. Dördsimli musiqi aləti.

DÖRDSİNİFLİ (ID - 10714)

sif Dörd sinfi olan. Dördsinifli məktəb.

DÖRDTAKTLI (ID - 10715)

sif mus. Dörd taktdan ibarət olan, dörd takt davam edən. Dördtaktlı pauza (ara).

DÖRDTARLALI (ID - 10716)

sif k.t. Dördtarlalıq əsasında aparılan. Dördtarlalı əkin.

DÖRDTARLALIQ (ID - 10717)

is. k.t. Əkin yerinin (şumun) müəyyən ardıcıllıqla müxtəlif bitkilərlə əkilən dörd tarlaya ayrılması əsasında əkindəyişmə üsulu.

DÖRDTARLI (ID - 10718)

sif Dörd tarı olan. Dördtarlı bina.

DÖRDTELLİ (ID - 10719)

b ax dördsimli.

DÖRDTƏKƏRLİ (ID - 10720)

sif Dörd təkəri olan; dördçarxlı. Dördtəkərli araba.

DÖRDTƏRƏFLİ (ID - 10721)

sif 1. Tərəfi dörd olan, dörd tərəfdə yerləşdirilmiş. Dördtərəfli bazar. Dördtərəfli cisim (fiqur).
2. Dörd tərəfin iştirakı ilə olan, dörd tərəf üçün məcburi olan. Dördtərəfli müqavilə. Dördtərəfli pakt.

DÖRDTONLUQ (ID - 10722)

sif. Dörd ton ağırlığında olan. Dördtonluq yük.
// Dörd ton tutan. Dördtonluq yük maşını.

DÖRDÜNCÜ (ID - 10723)

1. “Dörd”dən sıra s. Dördüncü mərtəbə. Dördüncü sinif Adına həftənin dördüncü günüdür. - Firidun dördüncü qatda işıqlı pəncərələri göstərərək dedi.. Mir Cəlal.
Bax dördüncüsü.

DÖRDÜNCÜSÜ (ID - 10724)

ara s. Bir şeyi sayarkən dördüncünü, növbə ilə gələn dördüncü şeyi göstərmək üçün işlədilir. Dördüncüsü budur ki...

DÖRDÜZLÜ (ID - 10725)

sif. riyaz. Dörd üzü olan. Dördüzlü cisim.

DÖRDYANLI (ID - 10726)

sif. Dörd yanı olan. Dördyanlı cisim.

DÖRDYAŞAR, DÖRDYAŞLI (ID - 10727)

sif. Dörd yaşı olan.

DÖRDYERLİ (ID - 10728)

sif. Yatmaq, ya oturmaq üçün dörd yeri olan. Dördyerli kupe. Dördyerli loja.

DÖRDYÜZİLLİK (ID - 10729)

DÖRDYÜZÜNCÜ (ID - 10730)

“Dörd yüz”dən sıra s. Dördyüzüncü nömrə.

DÖŞ (ID - 10731)

is. 1. Bədənin, boyundan qarına qədər olan ön hissəsi; köks, sinə. Döş qəfəsi. Döş əzələləri. - ..Ciyər sinənin içində olur ki, qutu kimi şeydir. Onun qabaq tərəfi döş sümüyü və qabırğalardır. H.Zərdabi. Ayna islaq...

DÖŞALTI (ID - 10732)

sif. Döşün altında, alt tərəfində olan. Döşaltı dəri.

DÖŞBAĞI (ID - 10733)

is. 1. Qadınların sinələrinə taxdıqları zinət bağı.
Atın, ulağm döşündən keçib yəhəri, palanı saxlayan bağ. Döşbağı yəhəri dala getməyə qoymur.

DÖŞ-BAŞ (ID - 10734)

top. b ax döş 1 və 2-ci mənalarda. Döş-başı açıq. Döş-başını örtmək. -Döş-baş .. bilinməsə, gözə dəyməsə, yaxşıdır. Ə.Əbülhəsən.

DÖŞDƏN (ID - 10735)

zərf Əzbərdən, sinədən, hafizədən, yazısız. Döşdən demək. Döşdən oxumaq.

DÖŞDƏYMİŞ (ID - 10736)

sif. dan. Qudurmuş, qızmış, yaralanmış.

DÖŞƏK (ID - 10737)

is. Davamlı parçadan hazırlanmış və üzərində yatmaq üçün içərisi yun, pambıq və s. yumşaq şeylə doldurulmuş uzun yastı kisə. [Dərviş:] ..Göy ot döşəyim, qara daş yastığım, enli yarpaqlar yorğanım idi. A.Divanbəyoğlu.
...

DÖŞƏKAĞI (ID - 10738)

is. Döşəyin üstündən salman ağ; mələfə. [İsmayılzadə] nazik yun yorğanları qaldırıb bir-bir döşəkağılarına baxdı.. M.Hüseyn. [Qərənfil] çarpayıya təzə döşəkağı çəkdi. İ.Əfəndiyev.

DÖŞƏKAĞILIQ (ID - 10739)

sif. Döşəkağı üçün yarayan; mələfəlik. Döşəkağılıq kətan.

DÖŞƏKCƏ (ID - 10740)

is. Üstündə bir adam oturmaq üçün kiçik döşək. Evin yuxarı başında uşaqların atası üçün xüsusi döşəkcə salınardı. H.Sarabski. Göy döşəkcə üstündə çöməlib oturan araqçınlı molla cəld ayağa qalxıb əmmaməsini...

DÖŞƏKLİK (ID - 10741)

sif. Döşək üçün yarayan. Döşəklik yun.

DÖŞƏKÜZÜ (ID - 10742)

bax döşəkagı. Təzə döşəküzü gətirib bu dəm; Anam çarpayıda yer açdı mənə. Z.Xəlil.

DÖŞƏKÜZÜLÜK (ID - 10743)

sif. Döşəküzü üçün yarayan. Döşəküzülük parça.

DÖŞƏLİ (ID - 10744)

sif. Döşənmiş, fərş salınmış, müxəlləfatlı; səliqəli. Durna bacının kənddə güzəranı babat olsa da, bu cür yeni mədəni qaydada, döşəli evdə ilk dəfə yaşamağa başlayırdı. Ə.Sadıq.

DÖŞƏMƏ1 (ID - 10745)

1. “Döşəmək”dən f.is.
is. Otağın və s.-nin alt tərəfıni örtən taxta, torpaq və s. Otağın döşəməsi. Torpaq döşəmə. Parket döşəmə. Kərpic döşəmə. Mərmər döşəmə. - Bu ibadətgahın zəmini, yəni döşəməsi...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed