İzahlı lüğət

DARIŞMA (ID - 8196)

“Darışmaq”dan f.is.

DARIŞMAQ (ID - 8197)

b ax daraşmaq. Ona bir çox milçək darışmış idi; Yazığın haləti qarışmış idi. M.Ə.Sabir.

DARKEŞLİK (ID - 8198)

is. məh. Darısqallıq.

DARQURSAQ(LI) (ID - 8199)

sif. dan. Səbirsiz, hövsələsiz, kəmfürsət, dözümsüz, tez özündən çıxan. Darqursaq adam.

DARQURSAQLIQ (ID - 8200)

is. dan. Səbirsizlik, hövsələsizlik, kəmfürsətlik; darqursaq adamın xasiyyəti. Darqursaqlıq etmək.

DARLAŞDIRILMA (ID - 8201)

“Darlaşdırılmaq”dan fi.vs.

DARLAŞDIRILMAQ (ID - 8202)

məch. Daha dar edilmək; genişliyi, eni azaldılmaq.

DARLAŞDIRMA (ID - 8203)

“Darlaşdırmaq”dan f.is.

DARLAŞDIRMAQ (ID - 8204)

f. Daha dar etmək, dar hala salmaq; genişliyini, enini azaltmaq.

DARLAŞMA (ID - 8205)

“Darlaşmaq”dan f.is.

DARLAŞMAQ (ID - 8206)

f Daha dar olmaq, dar hala düşmək, eni azalmaq.

DARLIQ (ID - 8207)

is. 1. Dar şeyin halı; ensizlik. Yolun darlığı. Keçidin darlığı.
// Yer (sahə) azlığı; darısqallıq. Mənzilin darlığı.
// Sıxlıq, tarımlıq. Şalvarın darlığı. Paltarın darlığı.
Sıxıntı, tənglik. Nəfəs darlığı.
məc....

DARMACAL (ID - 8208)

zərf dan. İşin çox qızğın, macal olmadığı bir çağında; çox tələsik.

DARMADAĞIN (ID - 8209)

darmadağın dağıtmaq (etmək) - 1) tamamilə dağıtmaq, məhv etmək; 2) tamamilə məğlub etmək; 3) məc. alt-üst etmək, puça çıxarmaq, puç etmək, dağıtmaq. Qızın bu sözü yenə də mənim fikrimi darmadağın etdi. M.S.Ordubadi. Darmadağın...

DARTAY (ID - 8210)

is. məh. köhn. Keçmişdə: quyudan neft çəkib çıxarmaq üçün uzunsov vedrə. - Ata, bu nədir? - deyə, - gözləri işıldayan uşaq soruşdu. - Oğlum, bu, dartaydır. S.Rəhimov.

DARTAYÇI (ID - 8211)

is. məh. köhn. Dartayla quyudan neft çıxaran fəhlə.

DARTAYÇILIQ (ID - 8212)

is. məh. köhn. Dartayçının işi, peşəsi, vəzifəsi. [Comərd] nəhayət, mədənlərdə çoxdan işləyən köhnə fəhlələrin köməyi ilə Qəssabovun mədənində dartayçılığa girdi. Ə.Abasov.

DARTAYLAMA (ID - 8213)

məh. köhn. “Dartaylamaq”dan f.is.

DARTAYLAMAQ (ID - 8214)

f məh. köhn. Dartayla quyudan neft çıxarmaq.

DARTƏHƏR (ID - 8215)

sif. Bir qədər dar.

DARTI (ID - 8216)

is. 1. Dartma, çəkmə; çəkib aparma.
□ Dartı qüvvəsi - 1) heyvanın bir şeyi dartıb çəkmə, çəkib aparma qabiliyyəti, bacarığı, gücü. Atın dartı qüvvəsi onun çəkisinin təxminən ]#/9-nə bərabərdir; 2) yük heyvanı,...

DARTICI (ID - 8217)

is. xüs. Müxtəlif mexanizmlərin, maşınların və s.-nin bir şeyi dartıb çəkən hissəsi.
// Bir şeyi dartıb çıxarmaq üçün alət.

DARTILI (ID - 8218)

sif. Dartılmış halda olan.

DARTILMA (ID - 8219)

“Dartılmaq”dan f.is.

DARTILMAQ (ID - 8220)

1. məch. Əl və ya başqa bir şeylə tutulub çəkilmək. Xiyabanı dolduran izdihamın içərisi ilə gedirkən birdən qolumun dartıldığını hiss etdim. Ə.Sadıq.
t-siz. Gərilmək, tarım çəkilmək. Rüstəm kişiyə elə gəldi ki, Qoşatxanın...

DARTILMIŞ (ID - 8221)

f.sif. 1. Tutulub çəkilmiş, tarım çəkilmiş. Dartılmış zəncir (ip).
2. məc. Özünü çəkmiş, təşəxxüslə dimdik ayaq üstə durmuş. Aralarındakı məsafə dörd addımdan çox olardı. Yanlarında dimdik dartılmış nəzarətçi...

DARTIM (ID - 8222)

is. xüs. Gərginlik dərəcəsi, gərilmə dərəcəsi. Simlərin dartımını ölçmək.

DARTINC (ID - 8223)

sif. Tarım dartılmış.

DARTINMA (ID - 8224)

“Dartınmaq”dan f.is.

DARTINMAQ (ID - 8225)

qayıd. 1. Özünü geri dartmaq, özünü dala doğru çəkmək; bir şeydən aralanmağa, xilas olmağa, əldən çıxmağa çalışmaq. Ayı zənciri ilə ayağa dolaşıb dartınır və bağırırdı. S.S.Axundov. Tahir, Şeyda İmanovun məngənə...

DARTIŞDIRILMA (ID - 8226)

“Dartışdırılmaq”dan f.is.

DARTIŞDIRILMAQ (ID - 8227)

“Dartışdırmaq”dan məch.

DARTIŞDIRMA (ID - 8228)

“Dartışdırmaq”dan f.is.

DARTIŞDIRMAQ (ID - 8229)

f 1. Hərə bir yana dartmaq, tutub, yapışıb çəkmək, hər tərəfdən dartmaq, çəkişdirmək. Kəndin bir sürü itləri tökülüb üstümə, başladılar məni dartışdırmağa. Ə.Haqverdiyev.
// Dartmaq. Şəhərin günbatan tərəfindən...

DARTIŞMA (ID - 8230)

is. Çəkişmə, dalaşma, güləşmə, çarpışma.

DARTIŞMAQ (ID - 8231)

qarş. Bir-birini əllə tutub o yan-bu yana dartmaq, çəkmək; dalaşmaq, güləşmək, süpürüşmək, çarpışmaq.

DARTMA (ID - 8232)

“Dartmaq”dan f.is.

DARTMAQ (ID - 8233)

f. 1. Bir şeyi əli və ya başqa şeylə tutub özünə tərəf və ya kənara çəkmək.
Arabaçı atları saxladı, düşdü yerə və başladı atların o qulağından, bu qulağından dartmağa. C.Məmmədquluzadə. Həkim qolumdan tutub dartdı.....

DARUQƏ (ID - 8234)

bax darğa. Qapı açılır, Ağa Kərim, Hacı Rəcəbəli daruqə və yanında dörd nəfər adam daxil olurlar. M.F.Axundzadə.

DARÜLELM (ID - 8235)

is. [ər.] klas. Elm ocağı, elm evi. Naçalnik cənabları burada bir gün bir darülelın binası qoyar. C.Məmmədquluzadə.

DARÜLƏDƏB (ID - 8236)

is. [ər.] klas. Məktəb. Darülədəbin bilməliyiz qədrini, millət; İkmalına göstərməli olduqca həmiyyət. M.Hadi. Bu, darülədəbdir desə hər kimsə, yalandır. Ə.Nəzmi.

DARÜLƏMAN (ID - 8237)

is. [ər.] klas. Sığınacaq yer, aman gətiriləcək yer, pənah aparılacaq yer, əmin yer, salamat yer. Qəssabxanaya biz darüləman dedik; Doğru libasın bürünüb min yalan dedik. M.Ə.Sabir.

DARÜLFÜNUN (ID - 8238)

is. [ər.] Universitet. ..Mirzə Səfərin oğlu darülfünun tələbəsi formasında evlərinə görüşməyə gəldi. Ə.Haqverdiyev. Student özünə müvafiq bir ömür sürməkdə idi: səhər darülfünuna, günorta aşxanaya gedər, axşam da dərsləri...

DARÜLMÜƏLLİMAT (ID - 8239)

is. [ər.] Qız pedaqoji məktəbinin köhnə adı. Avqust ayının iyirmi üçündə məlum oldu ki, Zaqatala darülmüəllimatında imtahanlar tezliklə başlanacaqdır. C.Məmmədquluzadə.

DARÜLMÜƏLLİMİN, DARÜLMÜƏLLİMEYN (ID - 8240)

is. [ər.] Oğlan pedaqoji məktəbinin köhnə adı. Təqribən Qori darülmüəllimində türk şöbəsinin açılmağı da mənim yaşımın dərsə getmək vaxtına tuş gəlir. C.Məmmədquluzadə. 1881-ci ildən.. [Qori darülmüəllimində] tərbiyə...

DARÜRƏKLİ (ID - 8241)

sif. Yalnız öz mənfəətini gözləyən; xudpəsənd, paxıl. Darürəkli adam.

DARÜRƏKLİLİK (ID - 8242)

is. Yalnız öz mənfəətini gözləmə; xudpəsəndlik, paxıllıq.

DARÜŞŞƏFA (ID - 8243)

is. [ər.] klas. Xəstəxana, şəfa evi (məcazi mənada işlənir). Eşqin məriziyəm, məni eylər bu qəm həlak; Darüşşəfayivəslinə var indi hacətim. S.Ə.Şirvani.

DARVAZA (ID - 8244)

is. Əsasən nəqliyyatın keçməsi üçün böyük həyət qapısı; alaqapı. Dəvəçi ilə dost olanın darvazası gen gərək. (Ata. sözü). ..Kərbəlayı Cəfər darvazanın səkisində oturub pendir-çörək yeyirdi. C.Məmmədquluzadə. Gəzib...

DARVAZAÇI (ID - 8245)

is. Darvazanı qoruyan və açıb-bağlayan işçi; qapıçı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed