İzahlı lüğət

DARMADAĞIN

darmadağın dağıtmaq (etmək) - 1) tamamilə dağıtmaq, məhv etmək; 2) tamamilə məğlub etmək; 3) məc. alt-üst etmək, puça çıxarmaq, puç etmək, dağıtmaq. Qızın bu sözü yenə də mənim fikrimi darmadağın etdi. M.S.Ordubadi. Darmadağın edilmək - 1) tamamilə dağıdılmaq, məhv edilmək. Partlayışlar baş verəndən sonra çox böyük bir sahədə torpaq darmadağın edilirdi. Ə.Sadıq; 2) tamamilə məğlub edilmək; 3) məc. alt-üst edilmək, puça çıxarılmaq. Darmadağın olmaq (dağılmaq)
1) tamamilə dağılmaq, alt-üst olmaq. Onların bizim haqqımızda çəkdiyi planlar özlərinin bizdən yediyi zərbə nəticəsində darmadağın olmuşdu. M.S.Ordubadi; 2) tamamilə məğlub olmaq. ..Maralan altında duran düşmən qoşunu darmadağın oldu. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed