DARLIQis. 1. Dar şeyin halı; ensizlik. Yolun darlığı. Keçidin darlığı.
// Yer (sahə) azlığı; darısqallıq. Mənzilin darlığı. // Sıxlıq, tarımlıq. Şalvarın darlığı. Paltarın darlığı. Sıxıntı, tənglik. Nəfəs darlığı. məc. Maddi sıxıntı, çətinlik, ehtiyac, yoxsulluq; məhrumiyyət. Varlığa nə darlıq?! (Ata. sözü). □ Darlığa düşmək - 1) maddi cəhətdən çətin vəziyyətə düşmək, ehtiyacı olmaq; 2) ağır, çətin vəziyyətə düşmək. Simurq dedi: - Siman, al bu tükü, darlığa düşsən, bu tükləri bir-birinə çəkərsən, mən harada olsam, gəlib harayına çataram. (Nağıl). Darlıq çəkmək - maddi sıxıntı çəkmək, ehtiyac içində olmaq. Onun köməksiz, əlacsız və möhtac baxışları özünün maddi tərəfdən darlıq çəkdiyini də göstərirdi. M.S.Ordubadi. Azlıq, məhdudluq, çatışmazlıq. Vaxtın darlığı. Paylaşın - Hamı bilsin
|