DÖŞƏMƏ2 (ID - 10746)is. aşp. Plovun altına qoyulub bişirilən ət, kişmiş və s.-dən ibarət qara (xuruş). Plovun döşəməsi.
|
DÖŞƏMƏK (ID - 10747)f 1. Salmaq, sərmək, bir şeylə üstünü örtmək. [Cahangir bəy:] İldırım, sən də yapıncıları döşə yerə... N.Vəzirov. Tərgül qazanın altında od yandırdı, samovara köz saldı, masanın üstünə ütülənmiş ağ süfrə döşədi....
|
DÖŞƏMƏLİ1 (ID - 10748)sif. Döşəməsi olan, üstü bir şeylə döşənmiş, örtülmüş. Döşəməli ev. Daş döşəməli küçə. Taxta döşəməli eyvan. - ..Gecə idi, ev sahibinin qızı daş döşəməli xiyabanla gəlib odun anbarından odun götürmək istəyirdi....
|
DÖŞƏMƏLİ2 (ID - 10749)sif. aşp. Döşəmədən ibarət qarası (xuruşu) olan. Döşəməli aş.
|
DÖŞƏMƏLİK1 (ID - 10750)sif. Döşəməyə yarayan. Döşəməlik taxta.
|
DÖŞƏMƏLİK2 (ID - 10751)sif. Döşəmə üçün yararlı. Döşəməlik ət.
|
DÖŞƏMƏPLOV (ID - 10752)is. aşp. Qarası döşəmədən ibarət plov. - Yolda məşədinin yadına düşdü ki, sübh üç girvənkə ət alıb və sifariş edibdir ki, əti abguşt bişirib günorta uşaqlar suyuna çörək doğrayıb yesinlər və ətini saxlayıb axşama...
|
DÖŞƏMƏSİLƏN (ID - 10753)is. 1. Döşəməni silib təmizləmək üçün elektrik şotkası. [Azər:] Döşəməsilən, paltaryuyan, elektrik çayniki, radio - hamısından başım çıxır. M.İbrahimov.
2. Döşəməni silib təmizləməklə məşğul olan adam. |
DÖŞƏMƏSÜRTƏN (ID - 10754)bax döşəməsilən 2-ci mənada.
|
DÖŞƏNƏCƏK (ID - 10755)is. 1. Yerə döşənilən, salınan hər şey (xalça, palaz və s.). Otaqda bol döşənəcək var.
2. Bax döşənək. |
DÖŞƏNƏCƏKLİ (ID - 10756)b ax döşənəkli.
|
DÖŞƏNƏK (ID - 10757)is. Yerə, alta salına biləcək hər şey. Həsir döşənək. Küləş döşənək. Malqaranın döşənəyi vaxtında və müntəzəm surətdə dəyişdirilməlidir.
|
DÖŞƏNƏKLİ (ID - 10758)sif. Döşənmiş, müxəlləfatla təchiz olunmuş, səliqəyə salınmış, bəzənmiş. Qoy otursun döşənəkli otaqda; Telli bir gəlinin qonağıyam mən. Aşıq Rəcəb.
|
DÖŞƏNİLMƏ (ID - 10759)“Döşənilmək”dən f.is.
|
DÖŞƏNİLMƏK (ID - 10760)məch. bax döşənmək
ci mənada. |
DÖŞƏNMƏ (ID - 10761)“Döşənmək”dən f.is.
|
DÖŞƏNMƏK (ID - 10762)1. məch. Sərilmək, salınmaq, üstünə salınmaq. Rəxtxabı döşəndi, yatdı hərif; Günbəgündən vücudu oldu zəif.S.Ə.Şirvani. Həyətdə palaz döşənib samovar qurulmuşdu. Çəmənzəminli. Döşəndi süfrə yerə, xonçeyi-pilov gəldi;...
|
DÖŞƏNMİŞ (ID - 10763)1. “Döşənmək”dən (1 və 2-ci mənalarda) f.sif. Orada çocuğun uzanmış olduğu yatacaqdan və yerə döşənmiş cırıqcırıq parça palazlardan başqa artıq bir şey gözə çarpmırdı. T.Ş.Simurq. Qadir .. yastı daş döşənmiş həyətə...
|
DÖŞƏNTİ (ID - 10764)is. Döşənilən hər hansı bir şey. Otaq döşəntisi.
|
DÖŞƏTDİRİLMƏ (ID - 10765)“Döşətdirilmək”dən f.is.
|
DÖŞƏTDİRİLMƏK (ID - 10766)“Döşətdirmək”dən məch.
|
DÖŞƏTDİRMƏ (ID - 10767)“Döşətdirmək”dən f.is.
|
DÖŞƏTDİRMƏK (ID - 10768)“Döşətmək”dən (1-ci mənada) icb. Sən, Sənəm, boş otağı döşətdir, otur orada. Ə.Haqverdiyev.
|
DÖŞƏTMƏ (ID - 10769)“Döşətmək”dən f.is.
|
DÖŞƏTMƏK (ID - 10770)icb. Döşənək saldırmaq. Böyükxanım qonaq otaqlarını döşədib zinət verdirmişdi. M.S.Ordubadi. Söyüd ağacının kölgəsinə birpalaz döşədib orada rahatlandım. S.Hüseyn.
|
DÖŞƏYATAN (ID - 10771)sif. Ürəyəyatan, xoşagələn, xoşlanılan, cazibəli. Döşəyatan bir şey.
|
DÖŞLƏMƏ (ID - 10772)“Döşləmək”dən f.is.
|
DÖŞLƏMƏK (ID - 10773)f 1. Döşü ilə itələmək, döş vurmaq. Cücələr bir-birini döşləyərək səpdiyim dəni dimdiklərdi. A.Şaiq.
2. Döşündən, yaxasından yapışmaq. |
DÖŞLƏŞMƏ (ID - 10774)“Döşləşmək”dən f.is.
|
DÖŞLƏŞMƏK (ID - 10775)qarş. Üz-üzə vuruşmaq, savaşmaq, döş-döşə gəlmək, əlbəyaxa olmaq, mübarizə etmək. O, mütləqa Dəmirovla üz-üzə gəlməli idi, onsuz da onu bu arada saymayan adamla istər-istəməz döşləşməli idi. S.Rəhimov.
|
DÖŞLÜ (ID - 10776)sif. 1. Döşü enli və iri olan. Döşlü at.
2. məh. dan. Qoçaq, qorxmaz, dikbaş. O, yaxşı bilirdi ki, Qəhrəman məktəb uşaqlarının döşlüsü və hazırcavabıdır. S.Rəhimov. |
DÖŞLÜK (ID - 10777)is. 1. Paltarı təmiz saxlamaq üçün üstdən geyilən qolsuz önlük. Dəllək döşlüyü. Döşlüyün ətəyi. Uşaq döşlüyü. - Restoran sahibi də başında araqçın, döşündə döşlük kürənin arxasında durub, .. xörəkləri çəkib...
|
DÖŞLÜKLÜ (ID - 10778)sif. Döşlük geymiş. Döşlüklü aşpaz. - İki nəfər ağ döşlüklü gənc qız nömrə üçün kağız doğrayırdı. Mir Cəlal.
|
DÖŞOTU (ID - 10779)is. bot. Boruvari çiçəkləri olan çoxillik ot bitkisi.
|
DÖŞÜAÇIQ (ID - 10780)sif. və zərf Sinəsi açıq. Bu gecə Maşo Sonanın yatacaq otağına gəlib onu döşüaçıq yatmış gördü. N.Nərimanov.
|
DÖŞÜDOLUSU (ID - 10781)zərf dan. Ürəyini boşaldaraq; çoxlu, ətraflı. Memar ilk qələbədən döşüdolusu məlumat verirdi. S.Rəhimov.
|
DÖŞÜQARA (ID - 10782)sif. Döş tərəfi, döşü qara olan. Döşüqara quş.
|
DÖŞÜODLU (ID - 10783)sif. Ürəyində çoxlu deyiləsi sözü olan, ürəyi sözlə dolu olan.
|
DÖŞÜRMƏ (ID - 10784)“Döşürmək”dən f.is.
|
DÖŞÜRMƏK (ID - 10785)f. Toplamaq, cəm etmək, yığmaq, yığışdırmaq. Dərviş Məstəlişah cəld taxta parçaları döşürüb, töküb xurcuna, atır çiyninə, girir yükün qabağından asılan pərdənin dalısına, gizlənir. M.F.Axundzadə. Şərqli uşaqlar...
|
DÖŞÜRÜLMƏ (ID - 10786)“Döşürülmək”dən f.is.
|
DÖŞÜRÜLMƏK (ID - 10787)məch. Yığılmaq, toplanmaq.
|
DÖŞÜYASTI (ID - 10788)sif. Döşü yastı olan, döşü inkişaf etməmiş.
|
DÖŞÜZƏİF (ID - 10789)sif. Ciyərləri zəif, ciyərləri sağlam olmayan. Döşüzəif adam.
|
DÖVLƏT1 (ID - 10790)is. [ər.] Ölkənin hakim sinfinin, mövcud idarə üsulunu qorumaq və başqa siniflərin müqavimətini aradan qaldırmaq məqsədini daşıyan siyasi təşkilatı, habelə bu cür siyasi təşkilatı olan ölkənin özü. Dövlət hüdudları. Dövlət...
|
DÖVLƏT2 (ID - 10791)is. [ər.] Sərvət, mal, mülk, pul və b. maddi nemətlərin məcmusu. Məgər azdır bu xalqda dövlət? Çoxdu dövlət və leyk yox himmət. S.Ə.Şirvani. ..Heydər atasının dövlətinə tək oldu malik və işi, gəldikcə başladı tərəqqi...
|
DÖVLƏTİ (ID - 10792)sif. [ər.] Dövlətə aid, dövlətə məxsus. Zeynal dövləti müəssisələrin birində orta bir vəzifə daşıyırdı. S.Hüseyn.
// Dövlət üçün, dövlət nöqteyi-nəzərindən əhəmiyyəti olan. Dövləti məsələ. // Dövlət tərəfindən... |
DÖVLƏTLƏNDİRMƏ (ID - 10793)“Dövlətləndirmək”dən f.is.
|
DÖVLƏTLƏNDİRMƏK (ID - 10794)f Dövlətli etmək, dövlət sahibi etmək, varlandırmaq, sərvətləndirmək, dövlətini daha da artırmaq.
|
DÖVLƏTLƏNMƏ (ID - 10795)“Dövlətlənmək”dən f.is.
|
Bu səhifə dəfə baxılıb