DİBİYASTI (ID - 9596)sif. Dib səthi yastı olan.
|
DİBLİ (ID - 9597)sif. Dibi olan. Dibli çəllək.
|
DİBLİK (ID - 9598)is. Altı olan şeylərin dib hissəsi.
|
DİBÖLÇƏN (ID - 9599)is. xüs. Çayın, gölün, dənizin dərinliyini ölçmək üçün cihaz.
|
DİBSİZ (ID - 9600)sif. 1. Dibi olmayan. Dibsiz çəllək.
Dibsiz kisə - boş anbar. (Ata. sözü). məc. Dibi çox uzaqda olan, dibi görünməyən, çox dərin. ..Sel dibsiz bir uçuruma doğru axıb gedir. M.İbrahimov. məc. Sonsuz, sonu olmayan, ucsuz-bucaqsız.... |
DİDAKTİK (ID - 9601)sif. [yun.] Təlimverici, öyüdverici, nəsihətverici, tərbiyə məqsədi daşıyan. Didaktik roman. Didaktik hekayə.
|
DİDAKTİKA (ID - 9602)[yun.] Pedaqogikanın təlim və tərbiyə üsullarından bəhs edən şöbəsi. Yazı lövhələri də didaktikanın tələblərinə cavab verə bilmir. M.İbrahimov.
|
DİDAR (ID - 9603)is. [fars.] klas. 1. Görünüş, üz, sifət, zahiri sima. Doymaq olmaz didarından bir zaman; Tamaşası, qaşı-qabağı şirin. M.P.Vaqif. Xandostu, amandı, qoyma gəldi! Didarı yamandı, qoyma, gəldi! M.Ə.Sabir.
// Üz, çöhrə; gözlər... |
DİDDİRMƏ (ID - 9604)“Diddirmək”dən f.is.
|
DİDDİRMƏK (ID - 9605)“Didmək”dən icb.
|
DİDƏ (ID - 9606)is. [fars.] klas. Göz. Gər inanmazsan ki, qəmzən yıxdı könlüm şəhrini; Bəs bu fəryadım nədəndir, didə qandan nəm durur? Nəsimi. Ağla, didəm, qanlı yaşın sel olsun; Gizlin dərdin söyləməyə dil olsun. M.V.Vidadi. Kim səni didəsi...
|
DİDƏLƏMƏ (ID - 9607)“Didələmək”dən f.is.
|
DİDƏLƏMƏK (ID - 9608)f. Xırda-xırda, parça-parça qoparmaq. Daramaq üçün yunu didələmək.
|
DİDƏRGİN (ID - 9609)sif. Yurdundan, vətənindən məhrum olaraq başqa yerlərdə dolaşan; sərgərdan, dərbədər. Firqətindən əlim getməz bir işə; Gəzirəm didərgin (z.) səyyad misli. Aşıq Əli.
□ Didərgin düşmək (olmaq) -yurdundan, vətənindən... |
DİDƏRGİNLİK (ID - 9610)is. Didərgin adamın hal və vəziyyəti, didərgin olma.
|
DİDİK (ID - 9611)sif. Didilmiş halda olan. Didikyun. Didik ət. Didik gündə.
|
DİDİK-DİDİK (ID - 9612)sif. Çox didilmiş, hər yeri didilmiş, çox xırdalanmış, tikə-tikə qoparılmış, çox yırtılmış. Didik-didik quyruq. Didik-didik parça.
□ Didik-didik edilmiş bax didiklənmiş. Ortalıqda didik-didik edilmiş soyutma toyuq əti... |
DİDİKLƏMƏ (ID - 9613)“Didikləmək”dən f.is.
|
DİDİKLƏMƏK (ID - 9614)f Xırda-xırda parçalara ayırmaq, parça-parça qoparmaq; lif-lif, sapsap ayırmaq. Toyuq didikləmiş kündələr.
|
DİDİKLƏNMƏ (ID - 9615)“Didiklənmək”dən f.is.
|
DİDİKLƏNMƏK (ID - 9616)məch. Didik-didik edilmək.
|
DİDİKLƏNMİŞ (ID - 9617)f.sif. Xırda-xırda parçalara ayrılmış, didik-didik edilmiş; didik-didik.
|
DİDİLMƏ (ID - 9618)“Didilmək”dən f.is.
|
DİDİLMƏK (ID - 9619)f 1. Didik hala gəlmək, didikdidik olmaq, lif-lif, tel-tel ayrılmaq, dağılmaq, yıpranmaq. Paltarı didilmək. - Didilməkdən çuxamda da bir sağ tikə qalmamışdı. S.Rəhimov. Döşəklərinyunu çırpılır, didilir və təzədən salınır....
|
DİDİM-DİDİM (ID - 9620)bax didik-didik.
Didim-didim didmək (etmək eləmək) didik-didik etmək, tikə-tikə etmək, parçaparça etmək, didib dağıtmaq, didmək. ..Dövlətlə Şahbəy həzrətin qollarını bağladılar və əgər Şahbəy olmasaydı, arvadlar onu... |
DİDİNMƏ (ID - 9621)“Didinmək”dən f.is.
|
DİDİNMƏK (ID - 9622)qayıd. Bərk qaşınmaq.
|
DİDİNTİ (ID - 9623)is. Yun didilməsindən sonra qalan xırda qırıntılar.
|
DİDİŞDİRİLMƏ (ID - 9624)“Didişdirilmək”dən f.is.
|
DİDİŞDİRİLMƏK (ID - 9625)“Didişdirmək”dən məch.
|
DİDİŞDİRMƏ (ID - 9626)“Didişdirmək”dən f.is.
|
DİDİŞDİRMƏK (ID - 9627)qarş. 1. Hərə bir tərəfdən didmək.
məc. İncitmək, əziyyət vermək, dinc qoymamaq. Yapışıb əllərilə başının saçlarından; Didişdirir yun kimi, beyninə sıçrayır qan. S.Vurğun. Dartışdırmaq. Həmzə Zeynalın səsindən... |
DİDİŞMƏ (ID - 9628)1. “Didişmək”dən f.is.
is. məc. Dava, qovğa, çəkişmə, çeynəşmə, boğuşma. İki qardaş arasında olan didişmələr get-gedə uzandı. A.Şaiq. □ Didişmə düşmək - vuruşma, döyüşmə baş vermək, qovğa düşmək; ... |
DİDİŞMƏK (ID - 9629)qarş. Bir-birini didmək, birbiri ilə vuruşmaq, dalaşmaq, söyüşmək, çəkişmək, çeynəşmək, boğuşmaq. Bir-biri ilə didişmək. - İki qartal dağın təpəsində .. qəzəblə didişirdi. Ə.Sadıq.
|
DİDİŞMƏSALAN (ID - 9630)is. Araya didişmə (dava, qovğa, çəkişmə) salan adam.
|
DİDMƏ (ID - 9631)“Didmək”dən f.is.
|
DİDMƏK (ID - 9632)f 1. Yun, pambıq və s.-ni xırda hissələrə ayırmaq, lif-lif ayırmaq, tel-tel ayırmaq. Səlimnaz arvad təzə yorğan salmaq üçün yun didirdi. M.Hüseyn.
Dimdiyi ilə parça-parça etmək, qoparmaq, dağıtmaq, ovub çıxarmaq (quşlar haqqında).... |
DİDMƏLƏMƏ (ID - 9633)“Didmələmək”dən f.is.
|
DİDMƏLƏMƏK (ID - 9634)dan. bax didikləmək.
|
DİFERENSİAL (ID - 9635) |
DİFERENSİASİYA (ID - 9636)[lat.] Bir şeyin ayrı-ayrı müxtəlif ünsürlərə ayrılması, parçalanması, təbəqələşməsi.
|
DİFFÜZ (ID - 9637)sif. [lat.] dilç. Aydın olmayan, yayğın, qeyri-dəqiq. Diffuz səslər.
|
DİFTERITLİ (ID - 9638)sif. [yun.] tib. Difterit xəstəliyinə tutulmuş. Difteritli uşaqlar.
|
DİFTERİYA, DİFTERİT (ID - 9639)[yun.] tib. Əsasən uşaqlarda baş verən yoluxucu boğaz xəstəliyi; boğma, inaq.
|
DİFTONQ (ID - 9640)[yun.] dilç. Bir hecada tələffüz edilən iki saitin birləşməsi.
|
DİFTONQLAŞMA (ID - 9641)dilç. “Diftonqlaşmaq”dan f.is.
|
DİFTONQLAŞMAQ (ID - 9642)f. dilç. Diftonq əmələ gətirmək.
|
DİFTONQLUQ (ID - 9643)is. dilç. Diftonqdan ibarət olma, diftonq səsin halı.
|
DİFTONQVARİ (ID - 9644)sif. dilç. Diftonqa oxşayan, diftonqu xatırladan, diftonq mahiyyətində olan. Diftonqvari səs.
|
DİGƏ (ID - 9645)is. məh. Yayda yaylağa çıxarkən qoyunların bir müddət qaldıqları dağ ətəkləri. Qoyunların digədən qalxmaları.
|
Bu səhifə dəfə baxılıb