
DİDİM-DİDİMbax didik-didik.
Didim-didim didmək (etmək eləmək) didik-didik etmək, tikə-tikə etmək, parçaparça etmək, didib dağıtmaq, didmək. ..Dövlətlə Şahbəy həzrətin qollarını bağladılar və əgər Şahbəy olmasaydı, arvadlar onu didim-didim didərdilər! Ə.Əbülhəsən. // məc. mənada. [Aydın:] Ox, Surxay, şübhə məni öldürür, bütün ürəyimi didim-didim didir. C.Cabbarlı. Evdə xanım Balacayevanın gözətçiliyi, burada da belə iti dırnaqların uzanması onun ürəyini didim-didim elədi. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|