DİDMƏKf 1. Yun, pambıq və s.-ni xırda hissələrə ayırmaq, lif-lif ayırmaq, tel-tel ayırmaq. Səlimnaz arvad təzə yorğan salmaq üçün yun didirdi. M.Hüseyn.
Dimdiyi ilə parça-parça etmək, qoparmaq, dağıtmaq, ovub çıxarmaq (quşlar haqqında). Qarğalar leşi didirlər. - Dilin olmasa, gözünü qarğalar didər. (Ata. sözü). Ovlayıb öz şikarını uçaraq; Qonur, orda didib yeyir çalağan. A.Səhhət. // Dırnağı, dişi və s. ilə parça-parça etmək, tikə-tikə etmək, doğrayıb tökmək. O, əlindəki bir parça kağızı dişi ilə didib vaqona püfləyirdi. M.S.Ordubadi. // məc. Ruhi əzab vermək, iztirab vermək, incitmək; xırpalamaq. [Hacı Murad:] Hərəniz bir tərəfdən soxulub cəmdəyimi didirsiniz. S.S.Axundov. [İncə:] Onun görkəmi ürəyi didir. C.Cabbarlı. Bildilər o zaman Hacı bəhərçin; Didəcək onları qurddan da betər. H.K.Sanılı. □ Bir-birini didmək vuruşmaq, dalaşmaq, çeynəşmək, boğuşmaq, didişmək. [Məsmə:] Orda adamlar birbirini didirmişlər. Mir Cəlal. Cırmaqlamaq, saçlarını yolmaq. Gülnaz əlləri ilə [Məmmədin] üzünü, gözünü didir, çırpınıb çıxmağa can atırdı. M.İbrahimov. Gülüş iti dırnaqları ilə Məmişin üzgözünü didməyə başladı. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|