
DİDİLMƏKf 1. Didik hala gəlmək, didikdidik olmaq, lif-lif, tel-tel ayrılmaq, dağılmaq, yıpranmaq. Paltarı didilmək. - Didilməkdən çuxamda da bir sağ tikə qalmamışdı. S.Rəhimov. Döşəklərinyunu çırpılır, didilir və təzədən salınır. Ə.Abasov.
Zülmə, işgəncəyə, məhrumiyyətə məruz qalmaq. Vaxtilə fanatizm pəncəsində didilən insanların həyatı artıq təzələnməkdə idi. S.Şamilov. // məc. Mənəvi əzab və iztirab çəkmək, parça-parça olmaq; xırpalanmaq. Zavallı Gülzar bunları eşidir, bütün ürəyi didilir, bütün varlığı parçalanırdı. Cabbarlı. [Gülnaz] ananın nələr çəkdiyini, qəlbinin parça-parça didilib dağıldığını bilmədi.. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|