İzahlı lüğət

DİDƏRGİN

sif. Yurdundan, vətənindən məhrum olaraq başqa yerlərdə dolaşan; sərgərdan, dərbədər. Firqətindən əlim getməz bir işə; Gəzirəm didərgin (z.) səyyad misli. Aşıq Əli.
□ Didərgin düşmək (olmaq) -yurdundan, vətənindən məhrum olaraq
başqa yerlərdə dolaşmaq, dərbədər olmaq. [Bədəl:] Bizim kimi evindən- eşiyindən didərgin düşənlər çoxdur.. Ə.Haqverdiyev. Türkdilli xalqların doğma yerindən; Didərgin düşməsi kimə gərəkmiş? B.Vahabzadə. Didərgin salmaq - yurdundan, vətənindən uzaq salmaq, dərbədər salmaq. Vətənim var idi, nə etməli, didərgin saldılar, mən də onu unutdum. A.Divanbəyoğlu. [Sabir:] Məni öz vətənimdən didərgin salıblar. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed