
DİDİŞDİRMƏKqarş. 1. Hərə bir tərəfdən didmək.
məc. İncitmək, əziyyət vermək, dinc qoymamaq. Yapışıb əllərilə başının saçlarından; Didişdirir yun kimi, beyninə sıçrayır qan. S.Vurğun. Dartışdırmaq. Həmzə Zeynalın səsindən ürkərək, çal bığını didişdirməyə başladı. Ə.Əbülhəsən. Bir-birini rahatsız etmək, bir-birinə macal verməmək. Uşaqlar bir-birini didişdirədidişdirə (z.) təkidlə soruşdular.. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|