DİKTOR (ID - 9696)[lat.] Radio və televiziya verilişlərini mikrofon qarşısında oxuyan işçi.
|
DİKTORLUQ (ID - 9697)is. Diktor vəzifəsi, diktorun işi. Diktorluq etmək.
|
DİKYARPAQ(LI) (ID - 9698)sif. Yarpaqları dik duran. Dikyarpaq(lı) ağaclar.
|
DİQQƏT (ID - 9699)is. [ər.] 1. Fikrin, yaxud görmə və eşitmə qüvvəsinin bir obyektə tərəf yönəlməsi və onun ətrafında cəmlənməsi. Diqqətə layiq olmaq. - Molla kitabı oxuyurdu və kəndlilər diqqət ilə qulaq asırdılar. Məmmədquluzadə.
... |
DİQQƏTCİL (ID - 9700)sif. Artıq dərəcədə diqqətli, çox diqqətli. Diqqətcil adam.
|
DİQQƏTCİLLİK (ID - 9701)is. Diqqətcil adamın xassəsi.
|
DİQQƏTƏLAYİQ (ID - 9702)sif. Diqqət verilməyə layiq olan; çox maraqlı. Şəhərin diqqətəlayiq yerləri. Diqqətəlayiq hadisə. - [N.Nərimanov “Bahadır və Sona” əsərində] həm də diqqətəlayiq bir mütəfəkkir kimi meydana çıxmışdır. M.Arif.
|
DİQQƏTƏŞAYAN (ID - 9703)[ər. diqqət və fars. ...şayan] Bax diqqətəlayiq. Nə könül doydu, nə göz gül üzünə baxmaqdan; Öylə ki, əksi-rüxün diqqətəşayandı sənin. Ə.Vahid.
|
DİQQƏTLİ (ID - 9704)sif. 1. Hər işində dəqiq və səliqəli olan, səhv və nöqsana yol verməməyə çalışan, diqqət, səy və qeyrət göstərən. Diqqətli adam. Diqqətli şagird. Diqqətli müşahidəçi. Diqqətli usta. - Sarxan .. çox diqqətli (z.) və olduqca...
|
DİQQƏTLİLİK (ID - 9705)is. 1. Diqqət göstərmə, diqqətli olma; diqqət.
2. Ehtiyatlılıq. |
DİQQƏTSİZ (ID - 9706)sif. 1. Diqqətini, fikrini cəmləşdirə bilməyən; huşsuz. Diqqətsiz şagird. Diqqətsiz adam.
İşinə diqqətlə baxmayan, işinin yaxşı və səliqəli olmasına fikir verməyən, işi başdansovma görən; başısoyuq. Diqqətsiz usta. Səliqəsiz,... |
DİQQƏTSİZCƏSİNƏ (ID - 9707)zərf Diqqətsizliklə,
başısoyuqluqla. |
DİQQƏTSİZLİK (ID - 9708)is. 1. Diqqətsiz adamın hal və keyfiyyəti. Onun diqqətsizliyinə adam təəccüb qalır.
İşə diqqət göstərməmə, başısoyuq yanaşma; başısoyuqluq. Diqqətsizlik göstərmək. Diqqətsizlik nəticəsində. Diqqətsizlikdən doğan nöqsanlar.... |
DİL1 (ID - 9709)is. 1. anat. İnsan və onurğalı heyvanların ağız boşluğunda olub, qidanın çeynənilib udulmasına kömək edən və onun dadını bildirən, insanda isə, əlavə olaraq, danışıq səslərinin əmələ gəlməsində iştirak edən orqan. Dillə...
|
DİL2 (ID - 9710)is. [fars.] klas. Ürək, könül, qəlb. Müjdə, ey dil, ki səni görməyə canan gəldi. Ə.Nəbati. Ey dil, baxırmısan gölü dərya bilənlərə. C.Cabbarlı.
□□ Dil bağlamaq - könül bağlamaq, ürəkdən sevmək, bənd olmaq. Dil vermək b... |
DİL-AĞIZ (ID - 9711)is. Üzrxahlıq mahiyyətində olan sözlər.
□ Dil-ağız etmək (eləmək) - üzrxahlıq mahiyyətində xoş sözlər söyləmək, yaxud xoş sözlər söyləyərək mehribanlıq göstərmək. Bəy gəlinə dil-ağız etdikdən sonra, onun üzünü... |
DİLALTI (ID - 9712)sif. anat. Dilin altında olan. Dilaltı sinir.
|
DİLARA (ID - 9713)sif. [fars.] şair. Ürəkaçan, könülaçan, dilbər; sevgili (klassik şeirdə gözəlin epitetlərindən biri). Dəhanı gülşəkər, zülfü dilara. Ə.Nəbati. Leyk hanı səndə bəsirət gözü; Ta görəsən vəchi-dilarasını? M.Ə.Sabir....
|
DİLARAM (ID - 9714)[fars.] bax dilara. Taki sən getdin yanımdan, ey dilaramım mənim; Haləti-vəslin könüldə pasiban qıldı mənə. Xətayi. [Ziba xanım:] Ax, hardadır bu dilaram çəngi? M.F.Axundzadə. İndi bir başqa dilarama pərəstişkaram. A.Səhhət.
|
DİLARXASI (ID - 9715)sif. dilç. Dilin arxa hissəsi ilə arxa damağın bir-birinə yaxınlaşması nəticəsində əmələ gələn. Dilimizdəki q, ğ, k, x səsləri dilarxası səslərdir.
|
DİLAVƏR (ID - 9716)sif. [fars.] 1. Qoçaq, igid, cəsur, ürəkli, mərd. Çətin ələ düşər dilavər gözəl. Q.Zakir. Zeynəb .. dilavər, kimsədən qorxmaz və çəkinməz bir qarı idi. S.S.Axundov. Fərman həmişə belə qoçaq və dilavər qızların yanında...
|
DİLAVƏRANƏ (ID - 9717)[fars.] bax dilavərcəsinə.
|
DİLAVƏRCƏSİNƏ (ID - 9718)zərf Qəhrəmancasına, qoçaqcasına, mərdcəsinə. Dilavərcəsinə hərəkət.
|
DİLAVƏRLƏNMƏ (ID - 9719)“Dilavərlənmək”dən f.is.
|
DİLAVƏRLƏNMƏK (ID - 9720)f Dilavər olmaq, cəsarətlə danışmaq.
|
DİLAVƏRLƏŞMƏK (ID - 9721)f Daha cəsarətli olmaq, ürəklənmək, qoçaqlaşmaq.
|
DİLAVƏRLİK (ID - 9722)is. 1. İgidlik, cəsarət, qoçaqlıq, mərdlik. Dilavərlik göstərmək.
2. Dillilik, gözəl danışmaq qabiliyyəti, danışmaqda mahirlik. Güləsər atasının və anasının vəziyyətini başa düşdü, özü də hiss etmədən dilavərliyə... |
DİLAVİZ (ID - 9723)sif. [fars.] klas. Ürəyi cəlb edən, ürəyə yapışan, ruhu oxşayan, xoşagələn. Buxağı bərgi-gül, zülfü dilaviz; Dəhanı mirvarid xəzinəsidir. Ə.Nəbati. Nə qədər şairin təbi səlim, zehini açıq .. olsa, bir o qədər onun qələmi(ndən)...
|
DİLAYRI (ID - 9724)sif. Ayrı dildə danışan, ayrı millətdən olan. Mən onu dinləyirəm böyük iş meydanında; O yerdə ki arzusu böyük həqiqət olur; Dilayrı bacının da, dilayrı qardaşın da. R.Rza.
|
DİLAZAR (ID - 9725)sif. [fars.] İnsafsız, rəhmsiz, şəfqətsiz, mərhəmətsiz, könülincidən, könülə cəfa verən (klassik şeirdə adətən gözəlin epitetlərindən biri). ..Qorxuram, cismü can saralıb yana; Ta yetirəm dilazara dərdimi. Q.Zakir. Dil verməz...
|
DİLAZARLIQ (ID - 9726)is. İnsafsızlıq, rəhmsizlik, şəfqətsizlik, mərhəmətsizlik.
|
DİLBAŞ (ID - 9727)is. bayt. Xüsusilə qaramalda baş verən xəstəlik. Mal dilbaş olub.
|
DİLBAZ (ID - 9728)sif. [fars.] klas. Ürəkaçan, dilbər, dilara.
|
DİLBƏDİL (ID - 9729)zərf klas. Dil-dilə, səmimiyyətlə, sədaqətlə. Tutmuş idim səri-kuyində mənzil; Gecə-gündüz danışırdım dilbədil. Q.Zakir. Nola, Vahid, yarə zülfündən çəkən möhnətləri; Dil açaydın, şanətək şərh eyləsəydim dilbədil....
|
DİLBƏR (ID - 9730)sif. [fars.] şair. Gözəl, sevgili, canan. Dilbər qız. Dilbər gəlin. - Zeynal özünü yalnız dilbər bir qadının ağuşunda əyləndirə biləcəyini iddia edirdi. S.Hüseyn.
// İs. mənasında. Qiblənüma məhəbbəti dilbərin; Meyli... |
DİLBƏRANƏ (ID - 9731)[fars.] şair. bax dilbərcəsinə. Ey dilbəranə tərzdə cövlan edən çocuq. M.Ə.Sabir.
|
DİLBƏRCƏSİNƏ (ID - 9732)zərf Dilbər kimi, dilbər ədası ilə.
|
DİLBƏRLİK (ID - 9733)is. Gözəllik, canalıcılıq.
|
DİLBƏSTƏ (ID - 9734)sif. [fars.] klas. Könlü bağlı, ürəyi bağlı; aşıq, vurğun.
|
DİLBİLƏN (ID - 9735)sif. və is. Düşüncəli, yolbilən, təcrübəli. Bahardır, nə bilir zövqü hər naşı; Çağır dilbiləni, yarı, yoldaşı. M.Rahim. Kəndin ağsaqqalları, dilbilənləri bir yerə toplaşdılar. Ə.Vəliyev.
// Tez başa düşən, mətləb... |
DİLBİLMƏZ (ID - 9736)sif. və is. Başa düşməyən, anlamayan, söz qanmayan, gec başa düşən. Dilbilməzin bir sözü; Sinəmdə qəm bağladı. (Bayatı). Puç eyləyən, övrət, bu gözəl, sadə cavanı; Dilbilməz oğul, vay! M.Ə.Sabir. [Sultan bəy:] Başa düşmürsən?...
|
DİLBİLMƏZLİK (ID - 9737)is. Başa düşməməzlik, söz qanmamazlıq.
|
DİLBİR (ID - 9738)sif. və zərf Sözü, fikri, sirri bir; əlbir, həmrəy, həmfikir. [Xudayar bəy:] Yox, Vəliqulu, mən dəxi sənin sözünə inanmıram. Mən elə güman edirəm ki, anannan dilbirsən. C.Məmmədquluzadə. [Kəyan] ..istəkliyoldaşı Maral ilə...
|
DİLBİRLİK (ID - 9739)is. Söz birliyi, fikir birliyi, həmrəylik; sözləşmə.
|
DİLCAVABI (ID - 9740)zərf və sif. Şifahi, ağızdan. Macəranın təfsilini, inşallah, özüm gələndə dilcavabı nağıl edərəm. C.Məmmədquluzadə. ..Əmanətim də, dilcavabı sifarişim də var. A.Şaiq. [Qasım:] Heç olmasa, mənə aid maddələri dilcavabı...
|
DİLCİK (ID - 9741)is. Kiçik dil.
// Dilə oxşar çıxıntı. Ayanın qına keçən hissəsində pərdəşəkilli dilcik adlanan çıxıntı olur. H.Qədirov. |
DİLCİKVARİ (ID - 9742)sif. Dilciyə (kiçik dilə) oxşayan.
|
DİLÇƏ (ID - 9743)is. Kiçik dil; dil şəklində olan şey, alət və s.
|
DİLÇƏK (ID - 9744)is. 1. Ağız boşluğunda üst damağın dal tərəfındə konusşəkilli çıxıntı.
Dilçəyi gəlmək - dilçəyi şişmək. Uşağın dilçəyi gəlib. 2. məc. Hünər, bacarıq mənasında. Dili varsa, dilçəyi də var. (Ata. sözü). [Canəli]... |
DİLÇİ (ID - 9745)is. Dilçilik alimi, dilçilik mütəxəssisi; dilşünas.
|
Bu səhifə dəfə baxılıb