İzahlı lüğət

DİLBƏR

sif. [fars.] şair. Gözəl, sevgili, canan. Dilbər qız. Dilbər gəlin. - Zeynal özünü yalnız dilbər bir qadının ağuşunda əyləndirə biləcəyini iddia edirdi. S.Hüseyn.
// İs. mənasında. Qiblənüma məhəbbəti dilbərin; Meyli bizdən qeyri yana dönübdü. Aşıq Ələsgər. ..Meşənin çıxacağında təzə tülu etmiş gün uyqudan oyanmış dilbər kimi üzümə güldü. A.Divanbəyoğlu. Alagözlü Girdman dilbəri buz kimi soyuq çeşmədən su gətirib yaralı cəngavərə verdi. M.Hüseyn.
// Şairanə təşbehlərdə. [Cəmil bəy:] Ormanları inlədən musiqi, ruhumuzu güldürən bülbül nəğmələri nə qədər munis, nə qədər dilbər! H.Cavid.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed