
DİLAZARsif. [fars.] İnsafsız, rəhmsiz, şəfqətsiz, mərhəmətsiz, könülincidən, könülə cəfa verən (klassik şeirdə adətən gözəlin epitetlərindən biri). ..Qorxuram, cismü can saralıb yana; Ta yetirəm dilazara dərdimi. Q.Zakir. Dil verməz idim mən sənə, ey yari-dilazar; Bilsəydim əgər böylə dilazar olacaqsan. S.Ə.Şirvani.
Paylaşın - Hamı bilsin
|