İzahlı lüğət

DODAQLAMA (ID - 10196)

sif. Ağzına qədər dolu; ağızbaağız, ləbələb. Bir dodaqlama dolça ayran içdi.

DODAQLANAN (ID - 10197)

f.sif. dilç. Dodaqlar vasitəsilə tələffüz edilən. Dodaqlanan səslər.

DODAQLANMA (ID - 10198)

“Dodaqlanmaq”dan f.is.

DODAQLANMAQ (ID - 10199)

f. dilç. Dodaqlar vasitəsilə tələffüz olunmaq.

DODAQLANMAYAN (ID - 10200)

f.sif. dilç. Dodaqlar vasitəsilə tələffüz edilməyən. Dodaqlanmayan səslər.

DODAQLAŞMA (ID - 10201)

“Dodaqlaşmaq”dan f.is.

DODAQLAŞMAQ (ID - 10202)

qarş. Dodaq-dodağa öpüşmək.

DODAQLI (ID - 10203)

sif Dodağı, dodaqları olan. Xüsusi yer ayrılıb; sərvboylu, püstə dodaqlı canana. R.Rza.

DODAQLIQ (ID - 10204)

is. Nəfəsli musiqi alətlərinin dodaq dayadılan hissəsi; ağızlıq.

DODAQUCU (ID - 10205)

zərf Ürəksiz, istəmədən, həvəssiz. Dodaqucu salam vermək. - Zeynəb dodaqucu gülümsəyib Rüstəm kişini süzdü. M.İbrahimov. Gülsənəm arvad dodaqucu gülümsədi, gözlərini yerə dikdi, astadan köksünü ötürdü. M.Hüseyn.

DODAQVARİ (ID - 10206)

b ax dodağabənzər.

DODU (ID - 10207)

is. 1. köhn. Keçmişdə: çömçə ilə oynanılan gülməli bir oyun.
2. dan. Hiylə, kələk, fənd.
□□ Dodu vermək dan. - başmı tovlamaq, yalan vədlərlə aldatmaq. Dodu gəlmək aldatmaq, kələk gəlmək, fənd gəlmək.

DOĞAN (ID - 10208)

f.sif. Bala verən, övlad verə bilən, qısır olmayan. Doğan inək. Doğan heyvan. - Yüz min mamaça olsa da, güc doğana düşər. (Ata. sözü).

DOĞANAQ (ID - 10209)

is. 1. Bir-birinə bənd etmək üçün örkənin, sicimin ucuna bağlanan ağac haçacıq (qarmaq); örkən halqası. Örkən nə qədər uzun olsa, yenə gəlib doğanaqdan keçər. (Məsəl).
Aşılanmış dərini yumşaltmaq üçün haçaşəkilli...

DOĞANAQLAMA (ID - 10210)

“Doğanaqlamaq”dan fAü.

DOĞANAQLAMAQ (ID - 10211)

f Doğanaq vasitəsilə dərini yumşaltmaq. Dərini doğanaqlamaqla yumşaldırlar.

DOĞAR (ID - 10212)

sif. Əsasən bala vermək üçün saxlanılan, doğan. Doğar inək. Doğar camış.

DOĞDURMA (ID - 10213)

“Doğdurmaq”dan f.is.

DOĞDURMAQ (ID - 10214)

“Doğmaq”dan icb.

DOĞMA (ID - 10215)

1. “Doğmaq”dan f.is.
sif. Eyni ata və anadan olmuş, bir qarından çıxmış. Doğma qardaş. - ..Dəstədə olan adamların biri Mirqasımdır ki, doğma bacısı Səkinənin malını yemək qəsdi ilə saxta kağız düzəltmişdi. C.Məmmədquluzadə.
...

DOĞMACA (ID - 10216)

“Doğma” (2-ci mənada) söz. oxş. Müqəssir kənddə hamının yaxşı tanıdığı Tahirin doğmaca əmisi.. Hümmətəli idi. M.Hüseyn.
...doğrayan Bir sıra sözlərə qoşularaq həmin sözlərlə əlaqədar alət adları düzəldilir,...

DOĞMAQ (ID - 10217)

f 1. Dünyaya bala gətirmək; balalamaq. Uşaq doğmaq. Bala doğmaq.
Sənin kimi oğlanı; Analar tək-tək doğar. (Bayatı). ..Bacım Fatma da hamilə idi və doğmağına bir neçə gün qalanda əri İsmayıl bəy də gəldi İrəvana. C.Məmmədquluzadə....

DOĞRAM (ID - 10218)

is. Bir dəfə doğramaqdan hasil olan miqdar, yaxud doğranmış, kəsilib parçalara ayrılmış şey. Bir doğram odun gətir.
Doğram etmək -b ax doğram-doğram etmək (“doğram-doğram”da). [Məhbuslar:] Qurban əti tək ətimizi doğram...

DOĞRAMA (ID - 10219)

1. “Doğramaq”dan f.is.
is. İçinə çörək doğranmış süd, qatıq və ya ayrandan hazırlanan duru yemək. Qatıq doğraması. - Çoban İbrahim Əjdərə çox hörmət eləyib, süd sağıb ona süd doğraması verdi. (Nağıl). De görüm,...

DOĞRAMAC (ID - 10220)

is. Xırda-xırda doğranmış çörəklə qatıqdan, ayrandan hazırlanan və çox vaxt xiyar, göyərti və s. qatılan soyuq yemək. Keşnişli doğramac. Doğramacı süfrəyə soyudulmuş halda verirlər. - Sadıq kişi doğramacın yarıdan çoxunu...

DOĞRAMACLIQ (ID - 10221)

sif. Doğramac üçün yarayan, doğramac üçün olan. Doğramaclıq göyərti, xiyar.

DOĞRAMAÇI (ID - 10222)

is. xüs. Taxta parçalarından qapı, pəncərə, çərçivə kimi şeylər qayıran usta, dülgər.

DOĞRAMAÇILIQ (ID - 10223)

is. Doğramacmm işi, peşəsi, sənəti.

DOĞRAMAQ (ID - 10224)

f. 1. Doğrayıcı, kəsici alətlə bir şeyi xırda-xırda kəsmək, parça-parça kəsmək; parçalayıb, sındırıb kiçik-kiçik hissələrə ayırmaq. Odun doğramaq. Qənd doğramaq. - ..Ətyeyən heyvanın, məsələn, pişiyin dişlərinin hamısı...

DOĞRANMA (ID - 10225)

“Doğranmaq”dan f.is.

DOĞRANMAQ (ID - 10226)

1. məch. Parça-parça kəsilmək, xırda-xırda edilmək, tikə-tikə edilmək. Odun doğrandı.
t-siz. Parça-parça olmaq, tikə-tikə olmaq.

DOĞRANMIŞ (ID - 10227)

f.sif. Parça-parça kəsilmiş, xırda-xırda (tikə-tikə) edilmiş. Doğranmış qənd. Doğranmış odun.

DOĞRANTI (ID - 10228)

top. Doğranmış, kəsilmiş şeylər; qırıntı; doğramaq nəticəsində hasil olmuş tör-töküntü. [Yunis Səlimova:] Nədir o? Bir yığın doğrantı tökübsünüz, həyətinizdən keçmək olmur! Mir Cəlal.

DOĞRATDIRMA (ID - 10229)

“Doğratdırmaq”dan f.is.

DOĞRATDIRMAQ (ID - 10230)

bax doğratmaq.

DOĞRATMA (ID - 10231)

“Doğratmaq”dan f.is.

DOĞRATMAQ (ID - 10232)

icb. Bir şeyin xırda-xırda, hissə-hissə, bir boyda, bir ölçüdə kəsdirmək, parçalatmaq. Odunu doğratmaq. Kartoteka üçün kağız doğratmaq.

DOĞRAYICI (ID - 10233)

is. xüs. Bir şeyi doğramaq üçün işlədilən alət və s.
// Sif. mənasında. Bərk süxurları qazımaq üçün doğrayıcı baltalar işlənir. S.Quliyev.

DOĞRU1 (ID - 10234)

sif. 1. Düzgün, düz, haqq. Doğru yol. Doğru sözə nə demək olar. - Yar yanında günahkaram; Doğru sözüm yalan oldu. Aşıq Ələsgər. Bar verməz əkdiklərin, doğru sözümdür, inan; Qatmasan bu torpağa öz alnının tərini. S.Rüstəm.
...

DOĞRU2 (ID - 10235)

qoş. Yön, tərəf, istiqamət, cəhət bildirir. Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışır yollara doğru. Qurbani. Almaz bir sevinclə Fuada doğru atılaraq onu qucumaq istəyir. C.Cabbarlı. Günəş üfüqə doğru əyiləndə...

DOĞRUCA (ID - 10236)

zərf 1. Doğru, düz. Doğruca deyir.
Düzcə, dolaşıqsız, əngəlsiz; bilavasitə, düz, birbaşa. Bu yol doğruca kəndə gedir.

DOĞRUCUL (ID - 10237)

bax doğruçu.

DOĞRUCULLUQ (ID - 10238)

bax doğruçuluq.

DOĞRUÇU (ID - 10239)

sif. Yalan sevməyən, həmişə düz danışan, düzlük sevən, düzünü deyən, həqiqətçi; həqiqət, düzgün iş tərəfdarı. Doğruçu adam. - Dövlət o qədər diqqətli və qayğıkeş olmalıdır ki, onun məmurları məhkəmə işlərində...

DOĞRUÇULUQ (ID - 10240)

is. Düzlük, həqiqətçilik, namusluluq.

DOĞRUDAN (ID - 10241)

zərf Həqiqətən, düzünü desək əslində. [Məhəmmədhəsən əmi:] İzzət, doğrudanpəyədə ağlayan sən idin? C.Məmmədquluzadə.
// Ara söz mənasında (çox vaxt “da” ədatı ilə birlikdə). Azərşəhr, doğrudan da, Azərbaycanın...

DOĞRU-DÜRÜST (ID - 10242)

sif. və zərf Düz, düzgün, həqiqi. [Bəy] elə bilirdi, səndən doğrudürüst adam yoxdur. Ə.Haqverdiyev.

DOĞRULAMAQ (ID - 10243)

f Təsdiq etmək, “doğrudur” demək, doğruluğunu qəbul etmək.

DOĞRULANMA (ID - 10244)

“Doğrulanmaq”dan f.is.

DOĞRULANMAQ (ID - 10245)

məch. Təsdiq edilmək, doğru olduğu aşkara çıxarılmaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed