
DOĞRAMACis. Xırda-xırda doğranmış çörəklə qatıqdan, ayrandan hazırlanan və çox vaxt xiyar, göyərti və s. qatılan soyuq yemək. Keşnişli doğramac. Doğramacı süfrəyə soyudulmuş halda verirlər. - Sadıq kişi doğramacın yarıdan çoxunu yeyəndən sonra, aradakı sükutu pozdu. M.Hüseyn. Çərkəz arpa çörəyini ovcunda ovxalayıb qatığın içinə tökdü. Ağac qaşıqla qarışdırıb doğramac etdi. İ.Şıxlı.
Paylaşın - Hamı bilsin
|