İzahlı lüğət

DƏRKƏNAR (ID - 9196)

is. [fars.] Ərizələrin, rəsmi kağızların və s.-nin kənarında, adətən sol bucağında bir idarənin, təşkilatın və s.-nin rəhbəri tərəfindən yazılan mülahizə, göstəriş, sərəncam, qeyd. Dəmirov o biri nüsxəni çıxarıb sədrə...

DƏRMAN (ID - 9197)

is. [fars.] 1. Həkimin resepti üzrə hazırlanan müalicə vasitəsi; dava. İçmə dərman. Sürtmə dərman. Dərman şüşəsi.
[Mirzənin] böyük oğlu, təbib bir yanında əyləşib, tez-tez atasının sinəsinə yaş məhrəba salırdı,...

DƏRMANÇI (ID - 9198)

is. Dərman hazırlama mütəxəssisi, dərman hazırlamaqla məşğul olan adam.

DƏRMANÇİLƏYƏN, DƏRMANÇİLƏYİCİ (ID - 9199)

sif. xüs. Kimyəvi preparatları çiləyən, səpən. Dərmançiləyən cihaz.

DƏRMAN-DAVA (ID - 9200)

bax dərman-davacat.

DƏRMAN-DAVACAT (ID - 9201)

top. Cürbəcür dərmanlar, davalar. Bir neçəsi də vardı ki, papiros tüstülədir, dərman-davacat iyinə tütün qoxusu da qatırdı. Ə.Əbülhəsən.

DƏRMANXANA (ID - 9202)

is. [fars.] köhn. Dərman satılan və ya qayrılan yer; aptek. Həkimin nüsxəsini heç dərmanxanaya aparmadım. Mir Cəlal.

DƏRMANLAMA (ID - 9203)

k.t. “Dərmanlamaq”dan f.is. Dərmanlama maşınları.

DƏRMANLAMAQ (ID - 9204)

f. k.t. Kimyəvi preparatlar vurmaq, sürtmək və ya səpmək. Toxumu dərmanlamaq. Meyvə ağaclarını dərmanlamaq.

DƏRMANLANMA (ID - 9205)

k.t. “Dərmanlanmaq”dan f.is.

DƏRMANLANMAQ (ID - 9206)

məch. k.t. Kimyəvi preparatlar vurulmaq, sürtülmək, yaxud səpilmək. Yetmiş hektar sahə tamamilə hazırlanmış, bu sahəyə səpiləcək çiyid seçilib qurtarmış, dərmanlanmışdı. M.İbrahimov.

DƏRMANLATMA (ID - 9207)

“Dərmanlatmaq”dan f.is.

DƏRMANLATMAQ (ID - 9208)

“Dərmanlamaq”dan icb. Ağacları vaxtında dərmanlatmaq.

DƏRMANLAYICI (ID - 9209)

sif. Dərmanlama üçün yarayan, dərmanlamaq işləri ilə məşğul olan. Dərmanlayıcı cihaz. Dərmanlayıcı işçi.

DƏRMANLI (ID - 9210)

sif. Tərkibində dərman olan (bax dərman 2-ci mənada). İstəkanın qanlıdır; Əl vurma, dərmanlıdır; Yurdumu xəbər alsan; Əslim Girdimanlıdır. (Bayatı).

DƏRMANPƏZİR (ID - 9211)

zərf [fars.] klas. Müalicəsi olan, çarəsi olan, əlacı olan, dərmanı olan, sağaldıla bilən. [Fərman:] Mənim mərəzim dərmanpəzir deyil... Ə.Haqverdiyev.

DƏRMANSIZ (ID - 9212)

sif. Çarəsiz, əlacsız, davası olmayan, sağalmaz. Dərmansız dərd. - Çəkməyən eşqin bəlasın, görməyən hicran qəmin; Dərdi dərmansızdır anın, çarə yox dərmanına. Nəsimi. Dil necə ağlayıb çəkməsin zarı, Hər gün artar...

DƏRMANSIZLIQ (ID - 9213)

is. Əlacsızlıq, çarəsizlik; əlacı, çarəsi, dərmanı olmama.

DƏRMƏ (ID - 9214)

1. “Dərmək”dən f.is.
sif. Dərilmiş, bir-bir toplanmış. Dərmə meyvə. Dərmə tut.
sif. Naxışlı. Dərmə kilim. Dərmə cecim. Dərmə corab.
dərmə-dərmə sif. Naxışlı, bəzəkli. Dağ, təpə dərmə-dərmə; Xalların dərmə-dərmə;...

DƏRMƏDİRLİK (ID - 9215)

is. məh. Qənimət etmə, hər nə ələ gəldi götürmə.
□ Dərmədirlik etmək - əlinə keçəni götürmək. Hər kəs özünə dərmədirlik edir, qadın libasından, kişi paltarından qənimət toplayır(dı). S.Rəhimov.

DƏRMƏK (ID - 9216)

f. 1. Meyvə, çiçək və s.-ni birbir qoparmaq, toplamaq. Alma dərmək. Üzüm dərmək. Gül dərmək. - Qızılgülü dərərəm; Pəncərəyə sərərəm; Vəfalı bir yar olsa; Yolunda can verərəm. (Bayatı). Başına döndüyüm, ay qəşəng...

DƏRMİYAN (ID - 9217)

is. [fars.] köhn. Orta, ara.
Dərmiyan etmək (eləmək) - ortaya qoymaq, araya çəkmək. Dərmiyan eylədikdə pul sözünü; Hər kəs işdən kənar edir özünü. M.Ə.Sabir.

DƏRNƏ1 (ID - 9218)

is. məh. 1. Yengə. Gəlinin dərnəsi kim idi?
Toy başçısı. Dərnə olmaq.

DƏRNƏ2 (ID - 9219)

is. məh. Ayaqqabı qoyulan taxça. Başmaqları dərnəyə qoymaq.

DƏRNƏK (ID - 9220)

is. Müəyyən bir məşğələ üçün vaxtaşırı bir yerə toplaşıb məşğul olan adamlar qrupu. Xor dərnəyi. Dram dərnəyi. Ədəbiyyat dərnəyi. - Klubun Şərq və Qərb musiqi dərnəkləri müxtəlif havalar çalır, kişi və qadınlar...

DƏRNƏKÇİ (ID - 9221)

is. Dəmək iştirakçısı, dərnək üzvü. Bir gün dərnəkçilərimi ekskursiya üçün seçki [məntəqəsinə] aparmışdım. Mir Cəlal.

DƏRNƏKÇİLİK (ID - 9222)

is. kit. Yalnız bir qrupun, bir təbəqənin məhdud mənafeyini güdən iş.

DƏRO (ID - 9223)

is. məh. [fars.] Ləkdən ləkə keçən su yolu. Ləklərin dərosunu açıb suyu buraxmaq.

DƏROSƏR (ID - 9224)

is. [fars.] Pəncərə və qapı yerlərinin üstünə qoyulan tir və taxtalar. Qapı dərosəri. Taxçanın dərosəri. Palıd dərosər.

DƏRRAKƏ (ID - 9225)

is. [ər.] Ağıl, düşüncə, şüur, anlaq; dərketmə qabiliyyəti. Məqsudunu, məramını qandıran; Dərrakədə kamil olan yar hanı? Aşıq Məhəmməd. İnsanda istedad lazımdır, yəni zehin və qabiliyyət, şüur və dərrakə lazım(dır)....

DƏRRAKƏLİ (ID - 9226)

sif. Dərrakəsi olan; ağıllı, düşüncəli, anlaqlı. O oğlan yaşda səndən kiçikdir, amma qat-qat dərrakəlidir. S.Rəhman.

DƏRRAKƏLİLİK (ID - 9227)

is. Şüurluluq, düşüncəlilik, fəhmlilik, anlaqlılıq.

DƏRRAKƏSİZ (ID - 9228)

sif. Dərrakəsi, şüuru, düşüncəsi olmayan; şüursuz, düşüncəsiz, anlaqsız, küt. Dərrakəsiz adam. - [İmamyar:] Adə, nə dərrakəsizsən, barının nə qədər uzunluğu var? C.Cabbarlı.

DƏRRAKƏSİZLİK (ID - 9229)

is. Düşüncəsizlik, fəhmsizlik, şüursuzluq, anlaqsızlıq, kütlük.

DƏRS (ID - 9230)

is. [ər.] 1. Müəyyən bir fənni öyrənmək üçün daimi, müntəzəm təlim. Edirəm kəsbi-elm leylü nəhar; Gündüzüm dərsdir, gecəm təkrar. S.Ə.Şirvani.
// Tədris işi, məktəbdə məşğələ. Dərslər saat 9-da başlanır. -...

DƏRSARASI (ID - 9231)

sif. Dərslərin arasında olan. Dərsarası tənəffüs.

DƏRSDƏNKƏNAR (ID - 9232)

sif. Dərslərdən, məşğələlərdən kənar, dərsdən sonra. Dərsdənkənar məşğələ.

DƏRSLİ (ID - 9233)

sif. dan. Savadlı, təhsilli, oxumuş, bilikli. Dərsli adam.

DƏRSLİK (ID - 9234)

is. Hər hansı bir fənnə dair dərs kitabı. Ədəbiyyat dərsliyi. Əlifba dərsliyi. Sabit dərslik.

DƏRSSİZ (ID - 9235)

sif. dan. Elmsiz, təhsilsiz, oxumamış, savadsız. Dərssiz adam.

DƏRUN (ID - 9236)

is. [fars.] klas. 1. İç, daxil.
2. məc. Qəlb, ürək. Çapdı dərunumu cəlalın şövqi; Ağlımı uğratdı zayə qaşların. “Aşıq Qərib”. [Həsənqulu bəy:] Bu qədər çirkin ürəkli və qara qəlbli adamlar içində bir nəfər...

DƏRUNİ (ID - 9237)

sif. [fars.] Ürəyə, qəlbə, daxilə, daxili aləmə mənsub olan, aid olan, məxsus olan. ..Ruhiyyat alimləri də başqasının ruhunu və başqasının dəruni xüsusiyyətlərini ancaq öz ruhi və dəruni xüsusiyyətləri ilə ölçmüşlər....

DƏRVAZA (ID - 9238)

bax darvaza. ..Palanlı ata minmiş bir qocanı dərvazamızın ağzında durmuş gördüm. S.S.Axundov.

DƏRVİŞ (ID - 9239)

is. [fars.] 1. Qapı-qapı gəzərək, yaxud meydançalarda adamları Başına yığaraq peyğəmbərə, imamlara və Kərbəla hadisələrinə həsr olunmuş qəsidələri avazla oxuyub pul yığan adam. Dərviş yabısı hər evin yolunu tanıyar. (Ata....

DƏRVİŞANƏ (ID - 9240)

sif. [fars.] köhn. Dərviş kimi, dərvişə xas; dərvişə layiq, kasıb, yoxsul. Dərvişanə bir süfrə. Dərvişanə bir ev.

DƏRVİŞLİK (ID - 9241)

is. köhn. 1. Dərviş sənəti və peşəsi. Dərvişlik etmək. - Dərvişlikdən xəbəri yox, gecə-gündüz təkyə axtarır. (Ata. sözü). Bu məqamda bir cavan girdi meydana: “Dərvişlik oyunbazlıqdır məgər?” - deyib, dərvişlərə nə...

DƏRYA (ID - 9242)

is. [fars.] 1. Dəniz. 'Bənzərəm bir qocaman dağa ki, dəryada durar. M.Ə.Sabir. Ağır-ağır, bulud kimi fövclər; Gəlir, verir dərya kimi mövclər. A.Səhhət.
məc. Təşbehlərdə, müqayisələrdə: hədsizlik, son dərəcə çoxluq,...

DƏRYACA (ID - 9243)

bax dəryalar qədər (“dərya”da). Əziziyəm gül əllər; Şana barmaq, gül əllər; Dəryaca ağlın olsa; Yoxsul olsan güləllər. (Bayatı).

DƏRYAÇA (ID - 9244)

is. [fars.] Süni dəniz, kiçik dəniz. Yeni dəryaçalar, çaylar üzündə; İqlimdən-iqlimə gedib-gəlirlər. S.Vurğun.
// Göl. Bəli, qardaşlar üçü də keçdilər. Abambar özü də dəryaçanın bu iri tərəfinə keçənnən sonra,...

DƏRYAZ (ID - 9245)

is. Ot çalmaq üçün uzunsaplı, dişsiz orağa oxşayan alət; kərənti. Əlində dəryaz ot biçir; Mayis ayı biçinçilər.
Səhhət. Yaşıl çiçəkli çəmənlərdə dəryazlar hərlənir, ot tayaları basılırdı. S.Rəhimov.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed