İzahlı lüğət

DƏRUNİ

sif. [fars.] Ürəyə, qəlbə, daxilə, daxili aləmə mənsub olan, aid olan, məxsus olan. ..Ruhiyyat alimləri də başqasının ruhunu və başqasının dəruni xüsusiyyətlərini ancaq öz ruhi və dəruni xüsusiyyətləri ilə ölçmüşlər. M.S.Ordubadi. [Nizami] Afaqın səsində təqib edilməkdə olan doğma ana dilinin o qəribə və dəruni musiqisini eşidib həyəcanlanır, bu dildə yaratmaq, bu dildə ötmək, bu dildə ağlamaq həsrəti qəlbini yandırıb-yaxırdı. Ə.Məmmədxanlı.
// Ürəkdən gələn, içdən gələn, səmimi. Mədəndə işə girdikləri ilk həftədən bu balaca otaqda dəruni bir dostluq yaranmışdı. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed