DƏRMANis. [fars.] 1. Həkimin resepti üzrə hazırlanan müalicə vasitəsi; dava. İçmə dərman. Sürtmə dərman. Dərman şüşəsi.
[Mirzənin] böyük oğlu, təbib bir yanında əyləşib, tez-tez atasının sinəsinə yaş məhrəba salırdı, lazım olduqca dərman içirdirdi. Ə.Haqverdiyev. dan. Ümumiyyətlə, təbabətdə, zərərvericilərlə mübarizədə və s.-də işlədilən kimyəvi preparatlar. Keyləşdirici dərman. Qankəsən dərman. Boğazı yaxalamaq üçün dərman. Ağaclara dərman sürtmək. - Oğru qarğalara tüfəng atılır; Qocalmış torpağa dərman qatılır. S.Vurğun. Mənə bihuşedici dərman verdilər. M.İbrahimov. məc. Əlac, çarə, tədbir. Oğlanı dərd apardı; Dərmanı qızda qaldı. (Bayatı). Dərman etmək (eləmək qılmaq) - əlac etmək, çarə qılmaq. Dərman elə yari-dərdməndə. Xətayi. Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib; Qılma dərman, kim həlakim zəhri-dərmanındadır. Füzuli. Paylaşın - Hamı bilsin
|