DƏRMƏKf. 1. Meyvə, çiçək və s.-ni birbir qoparmaq, toplamaq. Alma dərmək. Üzüm dərmək. Gül dərmək. - Qızılgülü dərərəm; Pəncərəyə sərərəm; Vəfalı bir yar olsa; Yolunda can verərəm. (Bayatı). Başına döndüyüm, ay qəşəng pəri; Adətdir dərərlər yaz bənövşəni. Qurbani. Bağın nemətləri olduqca dən-dən; Əmirxan onları vaxtında dərdi. S.Vurğun.
2. Corab, kilim və s.-də olan yırtığı toxuyub yamamaq. Corabın yırtığını dərmək. Paylaşın - Hamı bilsin
|