İzahlı lüğət

DAXALÇA (ID - 7796)

is. məh. Kiçik daxal.

DAXIL (ID - 7797)

is. 1. Mağaza, dükan və s.-də pulların yığıldığı yeşik, sandıqça; kassa. Daxılda nə qədər pul var? Pulu daxıla qoymaq.
Puldan da yana qəti cavab verdi ki, .. indi daxılında doqquz manat tapılar.. C.Məmmədquluzadə. Mahmud daxılın...

DAXILDAR (ID - 7798)

is. köhn. Kassir. Pulları daxıldara tapşırmaq.

DAXILDARLIQ (ID - 7799)

is. köhn. Daxıldarın işi, vəzifəsi; kassirlik.

DAXİL (ID - 7800)

is. [ər.] İçəri, iç tərəf, bir şeyin içərisi. Bu evin daxili xaricindən gözəldir. Binanın daxili.
// Hər ölkənin öz torpağı, öz hüdudlarının içərisi (xaric müqabili). Daxildə sərf olunan mallar. - [Daxildə] düşmənlərlə...

DAXİLƏN (ID - 7801)

zərf [ər.] 1. İç tərəfdən, daxildən.
Öz daxilində, öz-özlüyündə, öz təbiətinə görə; təbiətən. Novruzəli və usta Zeynallar daxilən çox təmiz və xoşniyyət adamlardır. M.İbrahimov.
// Öz ürəyində, qəlbən. [İmran]...

DAXİLİ (ID - 7802)

sif. [ər.] 1. Daxilə, içəriyə aid və mənsub olan (zahiri, xarici ziddi).
// Bir şeyin daxilində, iç tərəfində olan; içə, daxilə aid olan; iç. Daxili müqavimət. Daxili əlamətlər. Daxili xüsusiyyətlər. Qabın daxili divarları....

DAXİLİYYƏ (ID - 7803)

sif. [ər.] köhn. Bir ölkənin daxilinə aid olan. Daxiliyyə nazirliyi.

DAXMA (ID - 7804)

is. 1. Daşdan, palçıqdan və s.-dən tikilən təkotaqlı, balaca, alçaq, ibtidai ev. Yazıq muzdur daxmanın ortasında ah-zar ilə özünü yerə vurub ağlamağa başladı. S.M.Qənizadə. Sitarənin daldalanmağa bir yeri yox idi, atası evinə...

DAXMACIQ (ID - 7805)

“Daxma”dan kiç. Yox! Bəlkə də bu torpaqdan daxmacıqda sən; Bir kitabça vərəqləyib məni anırsan?! S.Vurğun.

DAİM(A) (ID - 7806)

zərf [ər.] Həmişə, hər vaxt, müttəsil, arasıkəsilmədən. Daim işləmək. Daim artmaq. Daim oxumaq. - Sordum ki, rəqib ilə oturmaq nədir, ey şux? Güldü, dedi: gül daim olur xar yanında. S.Ə.Şirvani. Könül bir quşdur ki, sevməz...

DAİMİ (ID - 7807)

sif. [ər] 1. Uzunmüddətli, uzun müddət üçün olan, müvəqqəti olmayan, sürəkli. Qatarların daimi cədvəli. Daimi iş. Daimi körpü. - Mədəniyyət uğrunda çalışmaq birgünlük, biraylıq kampaniya deyil, daimi işdir. Ə.Sadıq.
...

DAİMİLƏŞDİRİLMƏK (ID - 7808)

məch. Daimi edilmək, daimi hala salınmaq; sabitləşdirilmək.

DAİMİLƏŞDİRMƏ (ID - 7809)

“Daimiləşdirmək”dən fvs.

DAİMİLƏŞDİRMƏK (ID - 7810)

məch. Daimi hala salınmaq; sabitləşdirmək.

DAİMİLƏŞMƏ (ID - 7811)

“Daimiləşmək”dən f.is.

DAİMİLƏŞMƏK (ID - 7812)

f Daimi olmaq, daimi hal almaq, əbədi olmaq, sabitləşmək.

DAİMİLİK (ID - 7813)

is. Daimi olma, həmişəlik, müttəsillik; sabitlik, dəyişməzlik, ardıcıllıq. [Həsənin] Dilaraya olan sevgisi həmişə bir əbədilik, daimilik hissi ilə bağlı idi. M.İbrahimov.

DAİR (ID - 7814)

qoş. [ər.] Haqqında, barəsində, xüsusunda, aid, əlaqədar (adətən yönlük halda olan isimdən sonra gəlir). Avropa üləmalarının övrət məsələsinə dair yazılarını oxuyanda görürsən ki, bu zalımlar dünyanın hər bir guşəsindən...

DAİRƏ (ID - 7815)

is. [ər] 1. Bütün nöqtələri mərkəz nöqtədən bərabər uzaqlıqda olan qapalı, əyri həndəsi fiqur; çevrə. Dairə cızmaq. Dairə xətti.
riyaz. Həmin çevrənin daxilində qalan yuvarlaq səth. Dairənin səthi.
// Həmin şəkildə...

DAİRƏCİK (ID - 7816)

is. Kiçik dairə. Yağışdan göldə əmələ gələn dairəciklər. İşıqlı dairəciklər.
[Cahandar ağanın] qulaqları güyüldədi, gözlərinin qabağında qara dairəciklər oynadı. İ.Şıxlı.

DAİRƏLƏNMƏ (ID - 7817)

“Dairələnmək”dən f.is.

DAİRƏLƏNMƏK (ID - 7818)

f Dairə kimi olmaq, dairəvi olmaq, dairə şəkli almaq, dəyirmi olmaq; girdələnmək. Günəş dairələnib yerindən çıxır, üfüq mis rəngi alır. S.Rəhimov.

DAİRƏVARİ (ID - 7819)

sif Dairə kimi, dairəyə oxşar, dairə şəkilli.

DAİRƏVİ (ID - 7820)

sif [ər.] Dairə şəklində olan; dəyirmi, girdə. Mehmanxanada ilk nəzərə dəyən birinci mərtəbədəki böyük dairəvi dəhlizin bir neçə yerdən şırım-şırım sal şüşəsidir. M.İbrahimov.

DAİRƏVİLİK (ID - 7821)

is. Dairəvi şeyin halı; dəyirmilik, girdəlik.

DAQQA (ID - 7822)

is. məh. 1. Dəridən tikilmiş hündür papaq. Şiraslan .. daqqa divan papağını başına qoydu, üfürülüb evdən çıxdı. S.Rəhimov.
Taxıl və b. səpələnən şeyləri ölçmək üçün dəmirdən qayrılmış dəyirmi qab. Daqqa ilə...

DAQQAQARIN (ID - 7823)

sif dan. Qarnı daqqa kimi qabağa çıxmış (adam); yekəqarın.

DAL1 (ID - 7824)

is. 1. Bədənin boyundan tutmuş omba sümüyünə qədər olan arxa hissəsi; kürək. Küçə ilə bir hambal, bir tay dalında keçir. C.Məmmədquluzadə.
// Heyvanların bədənlərinin yuxarı hissəsi, beli. Qatırın dalına yükyükləmək....

DAL2 (ID - 7825)

is. şair. Ağacın ilk şaxəsi, böyük budağı; ümumiyyətlə, budaq. Yanağı laləsən, qaməti dalsan; Ağzı şəkər, dili-dodağı balsan. M.P.Vaqif. Təbiət bəzənərdi xələt geyib çiçəkdən; Dallar yarpaq açardı atlaz kimi ipəkdən....

DAL3 (ID - 7826)

sif. [ər.] Ərəb əlifbasındakı u (“d”) hərfinin adı.
// məc. Həmin hərf kimi əyri, bükülü, bükülmüş (adətən klassiklərdə və aşıqların dilində).
□ (Əlif) qəddi (beli) dal olmaq - beli bükülmək, əyilmək. Başım...

DALAB (ID - 7827)

is. məh. Dəvə, at və bəzi başqa heyvanlarda oyanan cinsi əlaqə həvəsi. Atların dalab vaxtı. Dalaba durmaq (gəlmək).

DALAQ (ID - 7828)

is. anat. Qarın boşluğunun sol tərəfində olub qan kürəcikləri hazırlayan və bu proseslə bağlı başqa mürəkkəb vəzifələr görən bədən üzvü.
□□ Dalağı sancmaq - şübhələnmək, qorxmaq. İndi belə, Əsgər Saçlıya...

DALAMA (ID - 7829)

“Dalamaq”dan f.is.

DALAMAQ (ID - 7830)

f. 1. Ətə toxunub gicitmək, yandırmaq. Gicitkən əlimi daladı. Yun corab ayağımı dalayır. - Atanın üzündəki neştər kimi tüklər balacanın üzünü daladığı üçün yuxudan ayıldı. Ə.Vəliyev.
Qapmaq, dişləmək (quduz heyvanlar...

DALAN (ID - 7831)

is. 1. Küçə qapısından həyətə gedən üstüörtülü və ya açıq yol. [Hacı Fərəc:] Bundan sonra dalanın qapısı həmişə gərək bağlı ola.. N.Vəzirov. [Məşədi Əsgər] yavaş-yavaş qapıya sarı gedib, şüşədən dalana baxmaq...

DALANDAR (ID - 7832)

is. Evin həyətinə baxan; həyəti, küçəni süpürən xidmətçi, süpürgəçi. O günün sabahı dalandarı yanıma çağırıb, gördüyüm qadın barəsində məlumat istədim. S.Hüseyn. Qaşqabaqlı, qara, ortaboy dalandar gözünü yumub,...

DALANDARLIQ (ID - 7833)

is. Dalandarın işi, vəzifəsi. Dalandarlıq etmək. - Həyətlərində neçə ildən bəri dalandarlıq edən bu kişinin ona xeyli yaxşılığı dəymişdi. M.Hüseyn.

DALANMA (ID - 7834)

“Dalanmaq”dan f.is.

DALANMAQ (ID - 7835)

“Dalamaq”dan məch. Ətim dalandı.

DALAŞDIRILMA (ID - 7836)

“Dalaşdırılmaq”dan f.is.

DALAŞDIRILMAQ (ID - 7837)

məch. Bir-biri ilə vuruşdurulmaq, aralarına dava salınmaq.

DALAŞDIRMA (ID - 7838)

“Dalaşdırmaq”dan f.is.

DALAŞDIRMAQ (ID - 7839)

f. Vuruşdurmaq, vuruşmalarına səbəb olmaq. Uşaqları dalaşdırmaq.

DALAŞQAN (ID - 7840)

sif. Dalaşmağı, savaşmağı çox sevən, daim dalaşan, boğuşan; çox davakar. Dalaşqan uşaq. - Mahmud uşaqlıq dövründə olduğu kimi daha nadinc və dalaşqan deyildir. P.Makulu.

DALAŞQANLIQ (ID - 7841)

is. Dalaşqan adamın xasiyyəti; savaşqanlıq, davakarlıq, boğuşqanlıq.

DALAŞMA (ID - 7842)

“Dalaşmaq”dan f.is. Xanpəri ilə Mədədin dalaşma hadisəsi Gülşənin ürəyini bərk əzdi. Ə.Vəliyev.

DALAŞMAQ (ID - 7843)

qarş. Savaşmaq, vuruşmaq, dava eləmək. Uşaqlar dalaşırlar.
// Küsüşmək, sözləşmək, söyüşmək, bir-birinə ağır sözlər demək. [Nurəddin:] Baba, daha Gülpəri ilə dalaşma, mən razıyam. S.S.Axundov. [Müdir:] Adam evdə...

DALAYAN (ID - 7844)

f.sif. Ətə dəyəndə yandıran, gicişdirən. Dalayan ot.

DALAY-DALAY (ID - 7845)

is. Xanəndələrin oxumağa başlarkən əvvəlcə giriş kimi söylədikləri söz.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed