İzahlı lüğət

DAİMİ

sif. [ər] 1. Uzunmüddətli, uzun müddət üçün olan, müvəqqəti olmayan, sürəkli. Qatarların daimi cədvəli. Daimi iş. Daimi körpü. - Mədəniyyət uğrunda çalışmaq birgünlük, biraylıq kampaniya deyil, daimi işdir. Ə.Sadıq.
// Əbədi, ölməz, həmişəlik, yoxolmaz, məhvolmaz. Daimi deyilik nə siz, nə də mən; Bizdən bu dünyada hünər qalacaq. S.Vurğun.
Həmişəlik, əbədi, sabit, möhkəm, dəyişməz. Xalqlar arasında daimi sülh və əmniyyət.
Ardıcıl, arası kəsilməyən, arasıkəsilməz, həmişə davam edən və ya etdirilən. Daimi məşq.
□ Daimi cərəyan elektr. - həmişə eyni istiqamətdə nəql olunan cərəyan. Daimi kapital iqt. - kapitalın istehsal vasitələrinə (xammal, köməkçi materiallar, əmək vasitələri) çevrilən və istehsal prosesində dəyəri dəyişməz (sabit) qalan hissəsi. Daimi kəmiyyət riyaz. - dəyişən kəmiyyətdən fərqli olaraq, ancaq bir qiyməti olan kəmiyyət. Daimi ordu (qoşun) - sülh dövründə saxlanılan ordu (qoşun).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed