
DAİM(A) zərf [ər.] Həmişə, hər vaxt, müttəsil, arasıkəsilmədən. Daim işləmək. Daim artmaq. Daim oxumaq. - Sordum ki, rəqib ilə oturmaq nədir, ey şux? Güldü, dedi: gül daim olur xar yanında. S.Ə.Şirvani. Könül bir quşdur ki, sevməz əsarət; Daim çırpınır, istəyir hürriyyət. A.Səhhət. Dünyada istedad, hər böyük hünər; Daima vərdişlə inkişaf edər. A.Şaiq. Çünki bəşər daima uçduqca uçmaq istər; Hər gün yeni və məchul bir qapı açmaq istər. M.Müşfiq.
Paylaşın - Hamı bilsin
|