DAXILis. 1. Mağaza, dükan və s.-də pulların yığıldığı yeşik, sandıqça; kassa. Daxılda nə qədər pul var? Pulu daxıla qoymaq.
Puldan da yana qəti cavab verdi ki, .. indi daxılında doqquz manat tapılar.. C.Məmmədquluzadə. Mahmud daxılın üstündəki qamçını gördüsə də, buna heç bir məna vermədi. M.Hüseyn. 2. İçinə xırda pul toplamaq üçün dəmirdən, gipsdən və s.-dən düzəldilmiş, üzərində pul salmaq üçün deşiyi olan kiçik qutu və s. Paylaşın - Hamı bilsin
|