İzahlı lüğət

DANƏNDƏ (ID - 8046)

DANILMA (ID - 8047)

“Danılmaq”dan f.is.

DANILMAQ (ID - 8048)

məch. İnkar olunmaq, gizlədilmək.

DANIŞDIRILMA (ID - 8049)

“Danışdırılmaq”dan f.is.

DANIŞDIRILMAQ (ID - 8050)

məch. Danışmağa məcbur edilmək.
// Dindirilmək, sorğu-sual edilmək. Müttəhim danışdırıldı.

DANIŞDIRMA (ID - 8051)

“Danışdırmaq”dan f.is.

DANIŞDIRMAQ (ID - 8052)

icb. 1. Danışmağa məcbur etmək.
// Soruşmaq, dindirmək, sorğu-sual etmək. Məhkəmə sədri üçün məsələ aydın idi. Buna baxmayaraq, bir neçə şahidi də danışdırdı. S.Hüseyn.
// Birisi ilə söhbət edib fikrini bilmək....

DANIŞIQ (ID - 8053)

is. 1. Şifahi fikir mübadiləsi; söhbət. O barədə bu gün danışıq olacaq. Aralarında ciddi danışıq oldu. - Danışıq dananı qurda verər. (Məsəl). [Güldəstə:] Ata, mən danışığının hamısını eşitdim. Ə.Haqverdiyev.
//...

DANIŞIQSIZ (ID - 8054)

zərfi 1. Mübahisəsiz, qeydsizşərtsiz, sözsüz, heç bir etiraza yol vermədən; mütləq. Danışıqsız tabe olmaq. Əmri danışıqsız yerinə yetirmək. - ..Əvvəllər onun [Kosaoğlunun] ağzından nə çıxsa idi, danışıqsız yerinə yetirirdilər....

DANIŞILMA (ID - 8055)

“Danışılmaq”dan f.is.

DANIŞILMAQ (ID - 8056)

məch. Söylənilmək, deyilmək, söhbəti getmək. Bu barədə heç bir söz danışılmadı. Onun haqqında çox danışılmışdır. - O yerdə ki söz düşəndə, gərək “millət” sözü danışıla, orada “əşxas” ləfzi istemal olunur....

DANIŞQAN (ID - 8057)

sif. Danışmağı sevən, söhbətcil; dilli, xoşdanışan. Danışqan adam. Qərənfil Cavadova çox danışqandır. Ə.Vəliyev.

DANIŞQANLIQ (ID - 8058)

is. Danışqan adamın xasiyyəti. Danışqanlığıma görə qınasan da, sənə bir neçə şey də deməyə məcburam. Ə.Əbülhəsən.

DANIŞMA (ID - 8059)

“Danışmaq”dan f.is.

DANIŞMAQ (ID - 8060)

f 1. Sözlə ifadə etmək, bildirmək, anlatmaq, demək, söyləmək, nəql etmək. Ağır-ağır danışmaq. Düzünü danışmaq.
Həyəcanla danışmaq. Danışa bilməmək. Əhvalatı danışmaq. Məsələni açıq danışmaq.
[İkram] Səlimovun...

DANIŞMAMAZLIQ (ID - 8061)

is. Danışmağı sevməmə, danışmaq istəməmə, danışmağı bacarmama. Danışmamazlıqda Camalı itələyib, onun yerinə oturan Veys dinmədi. Ə.Əbülhəsən.

DANİMARKALI (ID - 8062)

bax daniyalı.

DANİŞ (ID - 8063)

is. [fars.] klas. Bilik, elm. Məcnun dediyin vücudi-kamil; Hər danişə məndən oldu qabil. Füzuli.

DANİŞMƏND (ID - 8064)

is. [fars.] klas. Bilikli, alim.

DANİYALI (ID - 8065)

is. Daniya əhalisindən olan; danimarkalı.

DANQ (ID - 8066)

b ax daranq.

DANQA1 (ID - 8067)

sif və is. dan. Höcət, söz qəbul etməyən; lovğa, qaba. Danqa adam. Danqanın biridir.

DANQA2 (ID - 8068)

is. Mal aşığı. Danqaları çıxmış qoca inəklər.

DANQALIQ (ID - 8069)

bax danqazlıq.

DANQAZ (ID - 8070)

sif dan. bax danqa1

DANQAZLIQ (ID - 8071)

is. dan. Yekəbaşlıq, kobudluq, dikbaşlıq. Danqazlıq etmək.

DANQILDAMA (ID - 8072)

“Danqıldamaq”dan f.is.

DANQILDAMAQ (ID - 8073)

f 1. Danqıltı çıxarmaq, danqıltılı səs çıxarmaq. Qazan düşüb danqıldadı. - ..Elə bil dolu altında dəmir taxtapuş danqıldayır. Ə.Əbülhəsən.
2. məc. Baş-qulaq aparmaq, dəng etmək.

DANQILDATMA (ID - 8074)

“Danqıldatmaq”dan f.is.

DANQILDATMAQ (ID - 8075)

f Metal bir şeyə toxunmaqla, yaxud onu bir şeyə toxundurmaqla danqıltı səsi çıxarmaq. Vedrəni danqıldatmaq. - Kosa kuryer bayaqdan zəngi dörd dəfə danqıldatmışdı. S.Rəhimov.

DANQILTI (ID - 8076)

is. Metal şeyin başqa bir şeyə toxunarkən çıxardığı səs; iri zəngin çıxardığı səs. Kilsə zənglərinin danqıltısı. - Güclü yağış səsi və navalçanın danqıltısı da [Tərlanın] əsəblərinə toxundu. M.Hüseyn.

DANQIR (ID - 8077)

sif dan. Çox çılpaq; daz, keçəl. Danqır baş.
// Başı bu cür olan. ..Kərbəlayı Tapdıq isə danqır Abbası yazdırdı. Mir Cəlal.

DANQIRDAMA (ID - 8078)

“Danqırdamaq”dan f.is.

DANQIRDAMAQ (ID - 8079)

bax danqıldamaq.

DANQIR-DUNQUR (ID - 8080)

təql. Metal şeylərin bir-birinə toxunduqları zaman çıxardıqları səs. Qazanların danqır-dunquru. Zənglərin danqır-dunquru.

DANQIRTI (ID - 8081)

b ax danqıltı.

DANQIŞ (ID - 8082)

is. məh. Təzəcə çıxmış kiçik buynuz. Quzunun danqışı.

DANQUŞU (ID - 8083)

is. zool. Vağlar dəstəsindən göl quşu.

DANLAQ (ID - 8084)

is. Töhmət, məzəmmət, tənə. İşini yaxşı gör, danlaq eşitmə. - Yunis anasının danlağına cavab vermirdi. Mir Cəlal. Mədədin danlağını eşidən Xanpəri hirsindən bir yerdə otura bilmirdi. Ə.Vəliyev.

DANLAQLI (ID - 8085)

sif Danlanmış, məzəmmətlənmiş; çox danlanan, həmişə danlanan, danlanc.

DANLAMA (ID - 8086)

“Danlamaq”dan f.is.

DANLAMAQ (ID - 8087)

f Töhmət etmək, məzəmmət etmək. Zeydi söyür, Kamiləni danlayır; Körpə deyil, hər biri söz anlayır. M.Ə.Sabir. [Aydın:] Nə istəyirsən, nə? Bilirəm, yenə deyəcəksən ki, səhv edirsən, yenə məni danlayacaqsan. C.Cabbarlı.

DANLANC (ID - 8088)

sif Çox danlanan, daim danlanan, danlanmağa vərdiş etmiş. Danlanc uşaq.

DANLANMA (ID - 8089)

“Danlanmaq”dan f.is.

DANLANMAQ (ID - 8090)

məch. Töhmətlənmək, məzəmmətlənmək.

DANLATMA (ID - 8091)

“Danlatmaq”dan f.is.

DANLATMAQ (ID - 8092)

icb. Danlanmağa məcbur etmək. Özünü danlatmaq. Uşağı anasına danlatmaq.

DANLAYIB-DANSIMAQ (ID - 8093)

f. Bərk danlamaq, bərk məzəmmət etmək. Poçt idarəsi rəisinin davası kəsilmək bilmirdi, o, şoferi bərk danlayıb-dansıyırdı. S.Rəhimov.

DANMA (ID - 8094)

“Danmaq”dan f.is.

DANMAQ (ID - 8095)

f 1. İnkar etmək, boynuna almamaq, boynundan atmaq. Bildiyini danmaq. Öz sözünü danmaq. - [Şərəfnisə xanım:] Yaxşısı budur ki, danaram, deyərəm ki, heç vaxt ağlamırdım. M.F.Axundzadə. Zeynal başını aşağı sallamışdı. İlk...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed