.....i_l_by_id_with_comments DANMAQ sözünün izahı / DANMAQ sözünün mənası

İzahlı lüğət

DANMAQ

f 1. İnkar etmək, boynuna almamaq, boynundan atmaq. Bildiyini danmaq. Öz sözünü danmaq. - [Şərəfnisə xanım:] Yaxşısı budur ki, danaram, deyərəm ki, heç vaxt ağlamırdım. M.F.Axundzadə. Zeynal başını aşağı sallamışdı. İlk istintaqda söylədiyi bir sözü dana bilməyəcəkdi. S.Hüseyn. [Mürşüd:] Ay İnci, guya mən evli olduğumu danıram? S.Rəhman.
// Bir şeyin mövcud olduğunu qəbul etməmək, rədd etmək, inkar etmək. [Qədir:] Mən yekəlikdə adamın diriliyini danırlar. Mir Cəlal.
Gizləmək. [Nəbi:] Həcər, nə olub ki, yeriyə bilmirsən? Həcər yaralandığını ondan danıb cavab verdi.. “Qaçaq Nəbi”. Uzaqlarda, bəlkə dağlar dalında; Nişanlın var, onu məndən danırsan? Ə.Cəmil. Sevirəm, nə danım, sevirəm. O.Sarıvəlli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....