DANIŞDIRMAQicb. 1. Danışmağa məcbur etmək.
// Soruşmaq, dindirmək, sorğu-sual etmək. Məhkəmə sədri üçün məsələ aydın idi. Buna baxmayaraq, bir neçə şahidi də danışdırdı. S.Hüseyn. // Birisi ilə söhbət edib fikrini bilmək. Bir dəfə yataqxanada tələbələr sözü bir yerə qoydular ki, Qədiri danışdırmamış rəy söyləməsinlər. Mir Cəlal. [Baxış bəy] bəlkə də Növrəstəni danışdırmaq, bir ağzını yoxlamaq üçün gözləyirdi. Ə.Abasov. məc. Dilə gətirmək, dilləndirmək, çalmaq, oxutmaq. Bir ağız da, bir nəfəs də danışdırın sarı simi; Belə bir gün ələ düşməz, dayanmayın qonaq kimi. S.Vurğun. İnkar şəklində: danışdırmamaq - dindirməmək, birindən küsüb əlaqəni kəsmək. Paylaşın - Hamı bilsin
|