İzahlı lüğət

DÜMBƏ (ID - 11196)

is. [fars.] İkiçarxlı, təkatlı arabada at qoşulan ağacın arxa tərəfi. Kəblə Novruzqulu qoyunun .. əl-ayağını bağlayıb arabanın dümbəsinə qoyardı. H.Sarabski.

DÜMBƏK (ID - 11197)

b a x dumbul. Dümbək çalmaq.
Nə tüfəngə çaxmaq, nə dümbəyə toxmaq. (Ata. sözü).

DÜMBƏKÇALAN, DÜMBƏKÇİ (ID - 11198)

is. Dümbək çalan adam, dumbulçu. Dümbəkçi hərdən gözünü oturanlara çevirincə: “Can, ay atam balası, can!” - deyən səslər ucalırdı. Mir Cəlal.

DÜMBƏKÇİLİK (ID - 11199)

is. Dümbəkçinin işi, peşəsi; dumbulçuluq.

DÜMBƏLƏK (ID - 11200)

bax dümbək.

DÜMBƏLƏKÇİ (ID - 11201)

b ax dümbəkçi.

DÜMBÜRİDƏ (ID - 11202)

sif. [fars.] köhn. Lümək, quyruğukəsik.

DÜMDÜZ (ID - 11203)

sif. Çox düz, tamamilə düz. Dümdüz çöl. Dümdüz ağac. Dümdüz qamət.
Hündür, dümdüz şam ağaclarının qol-budağı üşüyürmüş kimi qar təpələri altında titrəşirdi. M.İbrahimov. Dəniz sakit, şüşə kimi; Dümdüz idi...

DÜMƏLƏNMƏ (ID - 11204)

“Dümələnmək”dən f.is.

DÜMƏLƏNMƏK (ID - 11205)

f. dan. Əlləşmək, vurnuxmaq, nə isə bir şeylə məşğul olmaq. Dünən gecədən kürkünə birə düşmüş Tükəzban, nə edəcəyini bilmirmiş kimi, həyətdə dümələnirdi. Ə.Abasov.

DÜMƏRDİ (ID - 11206)

is. [fars.] köhn. İkiadamlıq. [Ağa Mərdan:] Ağa Kərim, bizim nökərlərdən birisini göndər, bazardan çilovpəzdən 4 nəfər üçün dörd dümərdi boşqabda yanında qəndabi çilov gətirsin. M.F.Axundzadə.

DÜMGAH (ID - 11207)

is. [fars.] məh. Quşqunun atın quyruğu altından keçən hissəsi.

DÜMQARA (ID - 11208)

sif. Qapqara, zil qara, tamamilə qara.

DÜMSÜK (ID - 11209)

is. 1. Dirsək, yumruq, yaxud burunla, ya da başqa bir şeyin ucu ilə vurma, itələmə; dürtmələmə. Buzov burnu ilə anasının yelininə dümsük vurur. Bir dümsük vurdu.
2. Başqaları hiss etmədən yavaşca dirsəklə vurma. Ona bir dümsük...

DÜMSÜKLƏMƏ (ID - 11210)

“Dümsükləmək”dən f.is.

DÜMSÜKLƏMƏK (ID - 11211)

f. 1. Dirsəklə, yumruqla, yaxud burunla, ya da başqa bir şeyin ucu ilə vurmaq, itələmək, dürtmək. Gecənin bir vaxtı elə bildim ki, uşaqların anası məni dümsüklüyür. C.Məmmədquluzadə. Leyla dirsəyi ilə nənəsini dümsüklədi....

DÜMSÜKLƏNMƏ (ID - 11212)

“Dümsüklənmək”dən f.is.

DÜMSÜKLƏNMƏK (ID - 11213)

məch. 1. Dümsüklə vurulmaq (itələnmək).
məc. Danlanmaq, məzəmmətlənmək.

DÜMÜK (ID - 11214)

is. dan. Məşğələ, məşğuliyyət.
Dümük olmaq dan. - bir şeylə vaxt keçirmək, vaxtını öldürmək.

DÜMÜŞMƏK (ID - 11215)

. məh. Çöməlmək, çöməlib oturmaq; sallağı oturmaq. [Dərviş:] Buzovu onun qabaq ayaqlarına bağladı, özü də inəyin sağrısına dirsəkləndi, mən dümüşüb sağmağa başladım. A.Divanbəyoğlu.

DÜN (ID - 11216)

is. Dünən. Dün gecə. Dün axşam. -Dün gəda idim və lakin sahibi-cəhan bu gün. Kişvəri. Dün gecə fələkə çıxdı fəryadım. M.P.Vaqif. Nə dil qaldı, nə dildə taqətim; dün şəb eşitdim kim; Edibdir ta səhər əğyar ilə ol dilrüba...

DÜNƏN (ID - 11217)

is. Bu gündən əvvəlki gün, keçən gün, irəliki gün. Dünən hava yaxşı idi. Dünən axşam. - Dünən öləni dünən basdırdılar. (Ata. sözü). Rəfiqəmiz dünən bir vacib işdən ötrü gəlmişdi idarəmizə.. C.Məmmədquluzadə. Hər...

DÜNƏNKİ (ID - 11218)

sif. Dünən olmuş, bir gün əvvəl vaqe olmuş, baş vermiş. Dünənki yağış. Dünənki hadisə. Dünənki iclas uzun çəkdi.
Dünənki gün də gün idi, bu gün də bir gündür. S.Ə.Şirvani. [Muzdurun] nitqi kəsildi, ay aman, olmaya ki,...

DÜN(Ü)GÜN (ID - 11219)

zərf klas. Gecə-gündüz, daima. Düngün fəraqindən gözüm yaş tökərü qan axıdar. Nəsimi. Əmma dünükün fəğan edərdi; Xunabi-cigər rəvan edərdi. Füzuli.

DÜNKÜ (ID - 11220)

b a x dünənki. Nərdə onu yaşadan dünkü parlaq ehtişam, Onu öldürən kəndi sinifinin yolumu? M.Müşflq.

DÜNYA (ID - 11221)

is. [ər.] 1. Bir küll olaraq maddənin bütün formalarının məcmusu; kainat. Dünyanın əmələ gəlməsi.
Yer kürəsi, yer üzü, aləm. Dünyanın qitələri. Dünyanı dolaşmaq. Dünyada elə bir qüvvə yoxdur ki, bizə qalib gəlsin. -...

DÜNYA-ALƏM (ID - 11222)

bax dünya 2 və 5-ci mənalarda.

DÜNYABAXIŞI, DÜNYAYA BAXIŞ (ID - 11223)

bax dünyagörüşü. Fəlsəfi dünyabaxışı.

DÜNYAGİR (ID - 11224)

is. [ər. dünya və fars. ...gir] köhn. Tamahkar, gözüdoymaz, xəsis.

DÜNYAGÖRMÜŞ (ID - 11225)

sif. Həyat təcrübəsi çox olan, mübarizələrdən, çətinliklərdən, sınaqlardan çıxmış; təcrübəli, müdrik. Kətxuda dünyagörmüş, ağıllı bir adam idi. N.Nərimanov. [Səməd] özü dünyagörmüş adam idi, hər şeydən başı...

DÜNYAGÖRÜŞÜ (ID - 11226)

is. Həyat, təbiət və cəmiyyət haqqında görüşlər sistemi.

DÜNYALIQ (ID - 11227)

is. 1. köhn. Çoxlu mal və dövlət. Kişi öləndən sonra dünyalığı qalmışdı.
2. Adətən “bir” sözü ilə: həddindən artıq, son dərəcə çox. Bu, tamam bir dünyalıq işdir ki? - deyə Gəray özü də bilmədən addımaddım...

DÜNYAPƏRƏST (ID - 11228)

sif. [ər. dünya və fars. ...pərəst] klas. Dünyanın zövq və nemətlərinə aludə olmuş. Zövqsüz lazım çıxar dünyadan ol dünyapərəst; Kim, ona dünyadan ancaq zövqi-dünyadır qərəz. Füzuli.

DÜNYAPƏRƏSTLİK (ID - 11229)

is. Dünyapərəst adamın keyfiyyəti; dünyanın zövq və səfalarına aludəlik.

DÜNYƏVİ (ID - 11230)

sif. [ər.] Dünyaya aid olan, dünya ilə bağlı olan; din ilə əlaqəsi olmayan, dini mahiyyətdə olmayan. Dünyəvi məktəblər. Dünyəvi adam. Dünyəvi elmlər. Zakirin qoşma və gəraylıları dərin dünyəvi mahiyyət daşıyır.

DÜNYƏVİLİK (ID - 11231)

is. Dünyaya aid olma, dünya ilə bağlı olma; dini olmama, dinlə əlaqəsi olmama.

DÜPBƏDÜZ, DÜPPƏDÜZ (ID - 11232)

b ax dümdüz.

DÜRCƏK (ID - 11233)

is. Dəri, ya qumaş üzərində çıxıntılar, qabarıqlar, habelə onlardan hər biri.

DÜRDANƏ (ID - 11234)

is. [ər. dürr və fars. danə]
İnci (mirvari) dənəsi; inci, mirvari.
// Klassik şeirdə: gözəlin dişlərinə işarə. Güləndə dişlərin ağzında, ey can; Sədəf içindəki dürdanəmizdir. Xətayi. Ağzın sədəf dişlərindir dürdanə;...

DÜRDANƏLƏNMƏK (ID - 11235)

f İnci kimi düzülmək. Bir şirin güftarlı, bir şəkər sözlü; Ağzı sədəf dişi dürdanələnmiş. M.P.Vaqif.

DÜR-DÜYÜN (ID - 11236)

is. Lazım olan xırda-xuruş şeylər.

DÜR-DÜYÜNÇƏ (ID - 11237)

is. Düyünçə şəklində bağlanmış şeylər. Sonra [Ələmdar] ..gizlətdiyi qızıl dür-düyünçələrini dartışdırıb dəyirmi stolun üstünə tökdü, əsgi-üsgüdən azad etdi. S.Rəhimov.

DÜRƏFŞAN (ID - 11238)

sif [ər. dürr və fars. ...əfşan] klas. şair. Dürr saçan, inci saçan. Ey eşqidürəfşanım, vey bülbüli-bustanım; Vey nərgisi-məstanım, didarına müştaqəm. Nəsimi. Payibənd oldum səri-zülfi-pərişanın görüb; Nitqdən düşdüm,...

DÜRƏK (ID - 11239)

sif. [fars.] Müxtəlif cinslərdən əmələ gəlmiş; mələz, qarışıq. Dürək toyuq.

DÜRƏNG (ID - 11240)

sif. [fars.] köhn. 1. İki cür rəngi olan; ikirəngli.
2. məc. İkiüzlü, riyakar. Dürəng adam.

DÜRƏNGLİK (ID - 11241)

is. köhn. 1. İki rənglik.
məc. İkiüzlülük, riyakarlıq. Dürənglik bizə nisbət xəta deyil də, nədir? M.Ə.Sabir.

DÜRGƏ (ID - 11242)

is. Dəstə, yığın, toplu; yığılıb (sarınıb) bağlanmış şey. Bir dürgə pul.

DÜRGƏLƏMƏ (ID - 11243)

“Dürgələmək”dən f.is.

DÜRGƏLƏMƏK (ID - 11244)

f Dürgə halına salmaq. Pulu dürgələmək.

DÜRGƏLƏNMİŞ (ID - 11245)

f.is. Dürgə halına salınmış.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed