DÜMDÜZsif. Çox düz, tamamilə düz. Dümdüz çöl. Dümdüz ağac. Dümdüz qamət.
Hündür, dümdüz şam ağaclarının qol-budağı üşüyürmüş kimi qar təpələri altında titrəşirdi. M.İbrahimov. Dəniz sakit, şüşə kimi; Dümdüz idi mavi sular. M.Dilbazi. // Zərf mənasında. Çovğun gecə dümdüz edir yer üzün; Qar işığı gündüz edir yer üzün. Səhhət. İnsan oğlu gecələri; Şəhər salır, boz dağları; Qüdrətilə dümdüz edir. M.Rahim. // Dik, dikinə. Stolun qabağında dümdüz oturmuş uzunboğaz, arıq adam qəti dedi.. M.Hüseyn. [Qədir] qulluq məqamında donmuş kimi dümdüz dayandı. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|