DOLAŞDIRMAQ (ID - 10346)f. 1. Dolaşıq salmaq, qarışdırmaq; pırtlaşdırmaq. İpi (sapı) dolaşdırmaq.
Bağlamaq, düymək, dolamaq, bənd etmək, ilişdirmək. Atın noxtasını ağaca dolaşdırmaq. məc. Hiylə qurub birini bədbəxt etmək, yaxud məsuliyyətə... |
DOLAŞIQ (ID - 10347)sif. 1. Dolaşmış halda olan, pırtlaşıq, bir-birinə dolaşmış, bir-birinə qarışmış, bir-birinin içinə keçmiş. Dolaşıq ip (sap). Dolaşıq saç.
Düz getməyən, əyri-üyrü, dolanbac. Dolaşıq yol. Dolaşıq küçə. // məc.... |
DOLAŞIQLI (ID - 10348)sif. 1. Əyri-üyrü, dolama, dolaşıq. [Sürücü] dolaşıqlı yolda sürəti artırmağın qorxulu olduğunu sezib açıq deyirdi. Mir Cəlal.
Bax dolaşıq 4-cü mənada. |
DOLAŞIQLIQ (ID - 10349)is. Dolaşıq şeyin halı. Fikrin dolaşıqlığı. Məsələnin dolaşıqlığı. - İlyas gülünc bir heyrət, qəribə bir dolaşıqlıq içində çaşıb donmuşdu. Mir Cəlal.
|
DOLAŞMA (ID - 10350)“Dolaşmaq”dan f.is.
|
DOLAŞMAQ (ID - 10351)f 1. Dolaşıq düşmək, pırtlaşmaq, bir-birinə qarışmaq. Saçları dolaşdı. İp dolaşıb.
Dolanmaq, sarılmaq, ilişmək. Hərçəndi oynamaq ona yaraşır; Siyah zülfü qamətinə dolaşır. Aşıq Hüseyn. Ayı zənciri ilə ağaca dolaşıb... |
DOLAY (ID - 10352)is. Dağın, təpənin döşündən gedən köndələn və əyri-üyrü, dolama yol; cığır. Qardaşım! Görürəm dağlardan keçən; Yaşıl dolaylarda ayaq izini. S.Vurğun. Uzaq yollardan keçib dolaylardan qalxırıq. N.Rəfibəyli.
// Dolama,... |
DOLAYI (ID - 10353)1. Bax dolama1
|
DOLÇA (ID - 10354)is. Su və başqa maye tökmək üçün aşağısı nisbətən enli və ağız tərəfə doğru getdikcə daralan uzunsov qab. [Gülzar] başqa bir qoca qadını suya gedən görüncə, gedib dolçasını alır, doldurub gətirir. C.Cabbarlı. [Əhməd:]...
|
DOLDURMA (ID - 10355)“Doldurmaq”dan f.is.
|
DOLDURMAQ (ID - 10356)f 1. Boş şeyi dolu etmək, bir şeyin içinə doluncaya qədər şey qoymaq (tökmək), dolu hala gətirmək. Kisəni unla doldurmaq. Vedrəni su ilə doldurmaq. Topu hava ilə doldurmaq. Anbarı odunla doldurmaq. - Qurban .. küpəni götürüb endi...
|
DOLDURTMA (ID - 10357)“Doldurtmaq”dan f.is.
|
DOLDURTMAQ (ID - 10358)“Doldurmaq”dan icb.
|
DOLDURUCU (ID - 10359)sif. xüs. Bir şeyi doldurmaq üçün yarayan. Doldurucu materiallar.
|
DOLDURULMA (ID - 10360)“Doldurulmaq”dan f.is.
|
DOLDURULMAQ (ID - 10361)məch. 1. Boş bir şeyin içinə doluncaya qədər şey qoyulmaq (tökülmək), dolu hala gətirilmək. Kisələr unla dolduruldu. Baklar su ilə dolduruldu. - [Qəhrəman:] Özümü torpaq doldurulmuş torbanın arxasına yıxdım. H.Nəzərli. Piyalələr...
|
DOLĞUN (ID - 10362)sif. 1. Orta dərəcədə kök, dolu, ətli-canlı. Dolğun yanaq. - ..Şərəf.. qələmə ağaclar kimi şax və nazik bədənli Şirzadı, .. dolğun, qarayağız Qızyetəri içəri buraxdı. M.İbrahimov. Katib dolğun, sarısaçlı, ortaboylu bir...
|
DOLĞUNLAŞMA (ID - 10363)“Dolğunlaşmaq”dan f.is.
|
DOLĞUNLAŞMAQ (ID - 10364)f 1. Kökəlmək, ətəcana gəlmək. Səlim daha dolğunlaşırdı. S.Rəhimov.
Yetkinləşmək, kamala yetmək. Daha da mənalı olmaq, məzmunlu olmaq; mənaca, məzmunca zənginləşmək. Tənqid və satira güclənir, mündəricə getdikcə... |
DOLĞUNLUQ (ID - 10365)is. 1. Köklük, doluluq.
Dolmuş şeyin halı. məc. Yetkinlik. məc. Mənaca, məzmunca mükəmməllik. Məzmun dolğunluğu. Əsərin ideyaca dolğunluğu. |
DOLĞUNMAQ (ID - 10366)f Dolğunlaşmaq, yetişmək. Cavan qız sinni-şəbabətə yetmişdi... Boy ucalıb, köksü dolğunub, simasında da ayrı məlahət görünürdü. Çəmənzəminli.
|
DOLĞUNSİFƏT(Lİ) (ID - 10367)sif. sifəti dolu, kök; koppuşsifət. [Teymur] dolğunsifət, enlikürək, bədəncə sağlam, çevik bir oğlandı. M.Hüseyn.
|
DOLĞUNVÜCUD(LU) (ID - 10368)bax dolğun 1-ci mənada. Bir az sonra yemək otağına iki tələbə də girdi: biri dolğunvücud, qırmızısifət idi, o biri arıq, ortaboylu idi. Çəmənzəminli.
|
DOLLAR (ID - 10369)is. [ing.] 100 sentə bərabər pul vahidi.
|
DOLMA1 (ID - 10370)“Dolmaq”dan f.is.
|
DOLMA2 (ID - 10371)is. Tənək yarpağına və ya kələm yarpağına bükülmüş, döyülmüş ətdən və düyüdən hazırlanan xörək. Yarpaq dolması. Kələm dolması. - [Cəbi:] Aşpazı övrət göndərmişdi bazara, dolma üçün kələm almağa. Ə.Haqverdiyev....
|
DOLMAQ (ID - 10372)f 1. Bir yerə daxil olub onu doldurmaq, başdan-başa hər yerini tutmaq, boş yer qoymamaq. Evə adamlar doldu. Otağa soyuq hava doldu. Miniklər gəmiyə doldular. - Sar gəlsin dağa dolsun; Bülbüllər bağa dolsun. (Bayatı). Mal-qara kəndə...
|
DOLMALIQ (ID - 10373)sif. Dolmaya yarayan. Dolmalıq ət, yarpaq.
|
DOLMUŞ (ID - 10374)f.sif. 1. Dolu hala gəlmiş, içində boş yer qalmamış. Dolmuş qab.
2. məc. Doluxsunmuş. |
DOLU1 (ID - 10375)sif. 1. İçərisi boş olmayan, ağzına qədər bir şeylə doldurulmuş, ya dolmuş. Dolu şüşə. Dolu qab. Dolu hovuz. - Günlərimiz keçəydi qızğın fərəhlər kimi; Dolu qədəhlər kimi. M.Müşflq. Abbas kişi dolu bir heybə hazırlayıb...
|
DOLU2 (ID - 10376)is. Havada donub tökülən yağmur dənələri. Dolu yağmaq. - Gah dolu tökür, gah gurşad yağır, sel-su bir-birinə qarışır. S.Rəhimov. Əvvəl xırda, get-gedə iriləşən dolu yağdı. M.Rzaquluzadə.
□ Dolu vurmaq, dolu döymək -... |
DOLUB-BOŞALMAQ (ID - 10377)f 1. Aramsız surətdə bir şeylə dolmaq və boşalmaq. Şəhərin arvadları dəstə-dəstə hacının böyük bacısı Pərinin evinə dolub-boşalmaqda idilər. Haqverdiyev. Həmin axşam Yunisin evi qonaqlarla dolub-boşaldı. Mir Cəlal.
Dərddən,... |
DOLUBƏDƏN(Lİ) (ID - 10378)sif. Dolğun, bir qədər kök, ətli-canlı.
|
DOLUBUYNUZLULAR (ID - 10379)is. zool. Buynuzlarının içərisi boş sümükdən ibarət heyvanlar dəstəsi. Dolubuynuzlular və ya marallar fəsiləsinə aid edilən heyvanların buynuzları başqa quruluşda olur. Onların buynuzları içərisi boş olmayan sümükdən əmələ...
|
DOLUCA (ID - 10380)sif. Ağzınacan dolu, ləbələb dolu, lap dolu.
|
DOLUXMA (ID - 10381)“Doluxmaq”dan f.is.
|
DOLUXMAQ (ID - 10382)bax doluxsunmaq. Aqilin ürəyi həyatın bu canlı romanını dinləmək üçün çırpındı, özü isə duymadan doluxdu. S.Rəhimov.
|
DOLUXSAMAQ (ID - 10383)bax doluxmaq.
|
DOLUXSUNMA (ID - 10384)“Doluxsunmaq”dan f.is.
|
DOLUXSUNMAQ (ID - 10385)f Bir şeydən mütəəssir olaraq gözlərinə yaş dolmaq; ağlamsınmaq, ağlamağı gəlmək. Bəyim doluxsundu, qələm əlində titrədi, gözlərindən yaşlar axıb yazdığı misraların üstünə səpildi. Çəmənzəminli. Qıvrım başın...
|
DOLULUQ (ID - 10386)is. 1. Dolu şeyin halı. Qabın doluluğu.
Köklük, dolğunluq. |
DOLUSİFƏT(Lİ) (ID - 10387)sif. sifəti dolu, dolğunsifət. Dolusifət oğlan.
|
DOLUŞ (ID - 10388)is. Dolma. Bu qab hər doluşda bir kilo yağ ölçür.
|
DOLUŞMA (ID - 10389)“Doluşmaq”dan f.is.
|
DOLUŞMAQ (ID - 10390)qarş. Kütləvi halda bir yerə dolmaq, daxil olmaq, girmək, gəlib yığılmaq. Tamaşaçılar zala doluşdular. - Yaxındakı evlərdən qadınlar, çocuqlar Rizvanın həyətinə doluşmuşdu. S.Hüseyn. Məktəblilər dəstədəstə; Doluşdu dərs...
|
DOLUVURMA, DOLUDÖYMƏ (ID - 10391)is. Əkinlərin, bitkilərin dolu vurmaq nəticəsində məhv, ya xarab olması.
|
DOLUYANAQ(LI) (ID - 10392)sif. Yanaqları dolu olan, yanaqları koppuş. Doluyanaqlı uşaq.
|
DOMB (ID - 10393)təql. Düşən şeyin çıxardığı səs. Qab əlindən düşüb domb elədi.
|
DOMBA (ID - 10394)sif. Adətən “göz” sözü ilə: qabağa çıxmış, irəli çıxmış; dəbərə.. [Leylək Ələmdar:] Oğlan, müştərin-zadın yoxdu ki?- deyə o, domba gözlərini ətrafına gəzdirdi. S.Rəhimov. ..Onun tatar gözünə oxşamayan domba gözləri...
|
DOMBAGÖZ(LÜ) (ID - 10395) sif. Gözləri domba, dəbərəgöz.
|
Bu səhifə dəfə baxılıb