
DOMBAsif. Adətən “göz” sözü ilə: qabağa çıxmış, irəli çıxmış; dəbərə.. [Leylək Ələmdar:] Oğlan, müştərin-zadın yoxdu ki?- deyə o, domba gözlərini ətrafına gəzdirdi. S.Rəhimov. ..Onun tatar gözünə oxşamayan domba gözləri az qala yerindən fırlanıb çıxacaq oldu. Ə.Əbülhəsən. [Konsul] çim altından baxan qurbağa kimi iri, domba gözlərini qarovulçuya zilləmişdi. P.Makulu.
Paylaşın - Hamı bilsin
|