DOLU2is. Havada donub tökülən yağmur dənələri. Dolu yağmaq. - Gah dolu tökür, gah gurşad yağır, sel-su bir-birinə qarışır. S.Rəhimov. Əvvəl xırda, get-gedə iriləşən dolu yağdı. M.Rzaquluzadə.
□ Dolu vurmaq, dolu döymək - dolunun zərbindən xarab olmaq, məhv olmaq. Əkinləri dolu vurdu. [Qoca:] Bağ-bostanı vurdu dolu; Bağlanmışdır həyat yolu. A.Şaiq. Dolu kimi 1) çox şiddətli və iri damcılarla yağan yağış haqqında; 2) məc. çoxluq, şiddət bildirir. Alnından dolu kimi tər axır. - ..Zeynəb .. o tərəf-bu tərəfə qaçıb qışqırırdı və dağlardan da rəhmsiz quldurların güllələri onun üstünə dolu kimi yağırdı. S.S.Axundov. ..Almaz kimi parıldayan gözlərindən dolu kimi yaş tökülürdü. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|