
DOLAYis. Dağın, təpənin döşündən gedən köndələn və əyri-üyrü, dolama yol; cığır. Qardaşım! Görürəm dağlardan keçən; Yaşıl dolaylarda ayaq izini. S.Vurğun. Uzaq yollardan keçib dolaylardan qalxırıq. N.Rəfibəyli.
// Dolama, döngə. Şose yolunun dolayları da ən uzaqdan görsənir. C.Məmmədquluzadə. Xınalıq kəndinə düzyol olsa, Qubadan 30-35 kilometr məsafədir. Biz əyri dolaylarında maşın yolölçəninin aciz qaldığı bu məsafəni yeddi saatdan artığa gəldik. R.Rza. Paylaşın - Hamı bilsin
|