DOLDURULMAQməch. 1. Boş bir şeyin içinə doluncaya qədər şey qoyulmaq (tökülmək), dolu hala gətirilmək. Kisələr unla dolduruldu. Baklar su ilə dolduruldu. - [Qəhrəman:] Özümü torpaq doldurulmuş torbanın arxasına yıxdım. H.Nəzərli. Piyalələr yenicə doldurulmuşdu. M.S.Ordubadi.
// Bir şeyin tərkibinə həddən artıq başqa şeylər daxil edilmək. Əsər mətləbə dəxli olmayan təfərrüatla doldurulmuşdur. // Yükləmək, qoyulmaq. Maşınlar taxılla doldurulduqdan sonra yola düşdü. // Bir yerdə bir şeyin çoxluğunu bildirir. Otaq papiros tüstüsü ilə doldurulmuşdur. Tamamilə yerinə yetirilmək, ödənilmək, həyata keçirilmək. Plan artıqlaması ilə doldurulmuşdur. Boş qoyulmuş yerlərinə lazımi yazılar yazılmaq. Anket dolduruldu. Güllə və s. qoyularaq atış üçün hazır vəziyyətə salınmaq. Tüfənglər dolduruldu. Toplar dolduruldu. Daş, torpaq və s. tökülərək düzləndirilmək, ya qurudulmaq. Çalalar dolduruldu. Sahilin dayaz yerləri dolduruldu. Susuz quyular dolduruldu. Paylaşın - Hamı bilsin
|