
DOLUXSUNMAQf Bir şeydən mütəəssir olaraq gözlərinə yaş dolmaq; ağlamsınmaq, ağlamağı gəlmək. Bəyim doluxsundu, qələm əlində titrədi, gözlərindən yaşlar axıb yazdığı misraların üstünə səpildi. Çəmənzəminli. Qıvrım başın əyilmişdir; Doluxsunmuş qara gözün. R.Rza. Rübabə doluxsundu, hirsindən ağladı. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|