
DOLUŞMAQqarş. Kütləvi halda bir yerə dolmaq, daxil olmaq, girmək, gəlib yığılmaq. Tamaşaçılar zala doluşdular. - Yaxındakı evlərdən qadınlar, çocuqlar Rizvanın həyətinə doluşmuşdu. S.Hüseyn. Məktəblilər dəstədəstə; Doluşdu dərs otağına. M.Dilbazi. //Yığışmaq, toplaşmaq, cəmləşmək. Qardaşlar, bu gün bir təzə xəbər eşitmişəm, doluşun başıma, nağıl eləyim. C.Məmmədquluzadə. Əksərən .. cibli köynək geyərək belini qayışla bərkitmiş kişilər arabanın yan tərəfnə doluşmuş(du). M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|