DOLAŞMAQf 1. Dolaşıq düşmək, pırtlaşmaq, bir-birinə qarışmaq. Saçları dolaşdı. İp dolaşıb.
Dolanmaq, sarılmaq, ilişmək. Hərçəndi oynamaq ona yaraşır; Siyah zülfü qamətinə dolaşır. Aşıq Hüseyn. Ayı zənciri ilə ağaca dolaşıb dartınır və bağırırdı. S.S.Axundov. [Şirzad] yeridikcə hündür qalxmış qanqal və sirkan kolları qıçına dolaşırdı. M.İbrahimov. Gəzmək, dolanmaq. Dolaşdım dünyanı, gəzdim baş-başa; Sənin kimi gözəl görmədim, haşa! Aşıq Ələsgər. [Cavad bəy:] Qoy bir az dincəlsin, ovda da dolaşsın, onda Firuz bəyin təbi gələr, yazar. T.Ş.Simurq. // Uçaraq dövrə vurmaq. Qartallar göy üzündə dolaşır. - Görürlər təyyarələr göy üzündə dolaşır. M.Seyidzadə. Yayılmaq, intişar etmək. Zavodda pulların tapıldığına dair şad bir xəbər dolaşdı. S.Rəhman. // “Ağızdan-ağıza”, “ağızlarda”, “dillərdə” sözləri ilə - deyilmək, yayılmaq. [Zeynal:] ..Mənim adım bu vaxtadək dildən-dilə dolaşır. C.Cabbarlı. [Rzaqulu xanın] Parisin teatr və sair ədəbiyyat səhnələrində oxuduğu leksiyalar və müəssir xitabələr ağızdan-ağıza dolaşaraq, nəhayət, qəzetlərdə və jurnallarda dərc olunardı. M.S.Ordubadi. məc. dan. Nahaqdan işə düşmək, çətin və çıxılmaz vəziyyətə düşmək. məc. Sataşmaq, toxunmaq, öcəşmək. Ey molla dayı, gəl bu müsəlmanə dolaşma! Ə.Qəmküsar. Bəylərə, xana dolaşmaq da zarafatmı məgər? Ə.Nəzmi. Çaşmaq, karıxmaq, sözünün dalını gətirə bilməmək, qarışdırmaq. O, sözünün axırında dolaşdı. Bir sıra sözlərə qoşularaq müxtəlif ifadələr və tərkiblər əmələ gətirir, məs.: əlayağa dolaşmaq, ağlı dolaşmaq, dili dolaşmaq. Paylaşın - Hamı bilsin
|