DİLLİLİK (ID - 9846)is. Dilli adamın xassəsi, çox danışma, danışqanlıq.
□ Dillilik eləmək çox danışmaq, diliuzunluq etmək. ..Uşaq, adəti xilafına olaraq, bu axşam bir az dillilik eləyirdi. Ə.Əbülhəsən. |
DİLMANC (ID - 9847)is. köhn. 1. Çar dövründə məhkəmədə və ya bəzi başqa idarələrdə tərcüməçi. [Məşədi İbad:] Rüstəm bəy! Çox adamlar mənimlə qohum olmaq istədilər, hətta qubernatın dilmancı Cəfər bəyin xalası oğlu Daşdəmir bəy....
|
DİLMANCLIQ (ID - 9848)is. köhn. Dilmancın (1-ci mənada) işi, vəzifəsi; tərcüməçilik. Qulluğumun adı dilmanclıq idi. C.Məmmədquluzadə. Bu cür dilmanclığın özünün də kənd arasında heç az hörməti olmurdu. S.Rəhimov.
|
DİLNƏVAZ (ID - 9849)sif. [fars.] klas. şair. Könlü oxşayan, ürəyəyatan, son dərəcə xoş. Onun söhbətləri musiqi nəğmələrindən dilnəvaz və sevimlidir. M.S.Ordubadi. Dünyaya gəlməyib elə bir nazənin gözəl; Dərd əhlinə təsəlli verə, dilnəvaz...
|
DİLORTASI (ID - 9850)sif. dilç. Dilin orta hissəsinin iştirakı ilə tələffüz edilən. Dilortası səslər.
|
DİLOTU (ID - 9851)dilotu yemək - həddindən artıq çox danışmaq, birnəfəsə danışmaq, başqalarını danışmağa qoymayıb özü danışmaq. [Qız] dilotu yeyib, ona söz çatdırmaq olar? M.Hüseyn. Qumru .. Babacanın dilotu yemiş kimi tökdüyü dillərinə...
|
DİLOV (ID - 9852)is. məh. Divar şkafı, taxça, caxmudan.
|
DİLÖNÜ (ID - 9853)sif. dilç. Dilin ön hissəsinin iştirakı ilə tələffüz edilən. Dilönü saitlər. Dilönü samitlər. Ə, e, i, ö, ü dilönü səslərdir.
|
DİLPƏSƏND (ID - 9854)sif. [fars.] klas. Xoşagələn, ürəyəyatan. Pəriyəm, söylərəm şahü-gədadən; Qafiyə dilpəzir gərək binadən. Aşıq Pəri.
|
DİLRÜBA (ID - 9855)sif. və is. [fars.] şair. Ürəyi cəlb edən, ürəkçəkən, xoşagələn, məftunedici. [Böyükxanım] gah-gah öz-özünə dilrüba bir səslə oxuyub ayaqlarını oynadırdı. M.S.Ordubadi. ..Azərşəhr, doğrudan da, Azərbaycanın dilrüba...
|
DİLSİZ (ID - 9856)sif. və is. 1. Dili olmayan, lal.
// məc. Səssiz, cansız. Sanki bütün adamlar daş kimi dilsiz və cansız idi. M.İbrahimov. Nə balıqlar danışırlar; Nə də cansız dilsiz daşlar. M.Seyidzadə. 2. məc. Yazıq, fağır, aciz, müti,... |
DİLSİZ-AĞIZSIZ (ID - 9857)bax dilsiz 2-ci mənada. ..Dilsiz-ağızsız, fəqir və yazıq anaların südünü əmən balalardan qorxaq, aciz və bacarıqsız nəsil əmələ gələcəkdir. F.Köçərli. Hər kəs [Ənisəni] dilsiz-ağızsız, bacarıqsız bir talibə zənn edirdi....
|
DİLSİZLİK (ID - 9858)is. 1. Lallıq.
məc. Yazıqlıq, fağırlıq, həlimlik, mütilik, acizlik, sakitlik. məc. Səssizlik, sükut. Yadımdadır o gün ki, sən sərilmişdin yatağa; Qara ölüm dilsizliyi çökmüşdü dil-dodağa. A.Şaiq. Burada [qəbiristanda]... |
DİLSUZ (ID - 9859)sif. [fars.] klas. 1. Ürəkyandıran, çox təsirli. Bir oddur eşqi-dilsuzun ki, daşlar içrə pünhandır. Füzuli. Bu Xətayinin dilində eşqi-dilsuzun sənin; Oda bənzər kim, həmişə dil kəbab üstündədir. Xətayi.
2. Ürəyiyanan, həssas,... |
DİLŞAD (ID - 9860)sif. [fars.] klas. Ürəyi şad, könlü şad, fərəhli. Bir ləhzə bəzmi-yardə dilşadəm, ey könül; Aram tut, bu mətləbi biganə bilməsin. M.Ə.Sabir.
□ Dilşad etmək (eyləmək) - ürəyini şad etmək, sevindirmək, fərəhləndirmək.... |
DİLŞADLIQ (ID - 9861)is. Könül şadlığı, sevinc, fərəh. Mən bu dudmanı həmişə abad və içində dilşadlıq görmüşəm. Ə.Haqverdiyev.
|
DİLŞİKƏSTƏ (ID - 9862)sif. [fars.] klas. Ürəyisınıq, könlüqırıq, bədbəxt, yazıq, biçarə. Bir gün Məcnuni-dilşikəstə; Səhrada gəzirdi zarü xəstə. Füzuli. Halpərişan, dilşikəstə olduğum; Deyən varmı biinsafa, görəsən? Q.Zakir.
|
DİLŞİKƏSTƏLİK (ID - 9863)is. klas. Ürəyisınıqlıq, könlüqırıqlıq, yazıqlıq, biçarəlik.
|
DİLŞÜNAS (ID - 9864)bax dilçi. Bundan əlavə, əlifbamızda olan nöqsanlardan başqa, ərəb dilini öyrənmək bizim üçün, dilşünas olmadığımıza görə, başqa bir çətinlik də törədir. M.F.Axundzadə.
|
DİLŞÜNASLIQ (ID - 9865)bax dilçilik.
|
DİLTƏNG (ID - 9866)sif. [fars.] köhn. Ürəyi sıxılmış, könlü daralmış, kədərli, qəmgin, məyus.
□ Diltəng etmək - ürəyini sıxmaq, kədərləndirmək, təngə gətirmək. Dinməz və söyləməz oturmağımız məni diltəng etdiyinə görə [dərvişlə]... |
DİLTƏNGLİK (ID - 9867)is. Canı sıxılma, dilxorluq, qəmginlik, məyusluq; kədər. Molla İbrahimxəlil şiddətli diltənglik ilə dedi.. M.F.Axundzadə.
|
DİLTƏRPƏNMƏZ (ID - 9868)b ax dildönməz.
|
DİLUCU1 (ID - 9869)sif. dilç. Dil ucunun iştirakı ilə əmələ gələn. Dilucu səs.
|
DİLUCU2 (ID - 9870)zərf Könülsüz, ürəksiz, ötəri, qısaca. Dilucu söyləmək. Dilucu cavab vermək.
Oturanlar hamısı baş əyib dilucu salam verirdilər. Mir Cəlal. |
DİLVARİ (ID - 9871)sif. Dil kimi, diləoxşar, dil şəklində.
|
DİMAĞ (ID - 9872)is. [ər.] Beyin.
// məc. Ağıl, şüur. Mey gərçi səfa verər dimağə; Axdığı üçün düşər əyağə. Füzuli. Bu sözlər Tanyaya olduqca təsir etdiyindən, onun qəlbində, dimağında bir dəyişiklik törətdi. A.Şaiq. Murad gözlərini... |
DİMDƏLƏMƏK (ID - 9873)f məh. Dürtməkləmək, dürtməklə vurmaq. - Heç dəli olmasa, o yekəlikdə də adama dəli deyərlərmi? - deyə arvad ərini dimdələdi. S.Rəhimov.
|
DİMDİK (ID - 9874)is. Quşların ağızlarının irəliyə uzanmış buynuz kimi sərt hissəsi. Ağacdələnin dimdiyi biz kimi olur. Qırğının əyri və sərt dimdiyi. - Quşlar yuvalarında oturub dimdiklərini təmizləyirdilər. N.Nərimanov. [Buğacın] tərlan...
|
DİMDİK (ID - 9875)zərf və sif 1. Çox dik, lap dik, tamam dik. Dimdik qoyulmuş dirək. Dimdik yer. - Qurban tikan kimi dimdik duran qıllarını arxalığının yaxalığı ilə sıx-sıx örtərək .. dedi. A.Şaiq. [Rüstəm bəy:] Cansız və ruhsuz bir sütun kimi...
|
DIMDİKBURUN (ID - 9876)sif. Burnu dimdik kimi əyri və ucu iti.
|
DİMDİKDİBİ (ID - 9877)is. zool. Bir qrup quşlarda dimdiyin dibindəki dərinin qalınlaşmış hissəsi.
|
DİMDİKLƏMƏ (ID - 9878)“Dimdikləmək”dən f.is.
|
DİMDİKLƏMƏK (ID - 9879)f. 1. Dimdiyi ilə götürüb yemək. Biixtiyar ovcumdakı dəni yerə səpərdim, cücələr bir-birini döşləyərək səpdiyim dəni dimdiklərdi. A.Şaiq.
2. Dimdiyi ilə vurmaq, dişləmək, döymək. Qızılquş pəncəsindən qurtulub, özünü... |
DİMDİKLƏNMƏ (ID - 9880)“Dimdiklənmək”dən f.is.
|
DİMDİKLƏNMƏK (ID - 9881)qayıd. Öz-özünü dimdiyi ilə təmizləmək, dimdiyi ilə təmizlənmək. Bir qara toyuq gəlib Maronun yaxınlığındaca dimdikləndi. S.Rəhimov.
|
DİMDİKLƏŞMƏ (ID - 9882)“Dimdikləşmək”dən f.is.
|
DİMDİKLƏŞMƏK (ID - 9883)qarş. 1. Bir-birini dimdiklə vurmaq, dişləmək, döymək. Xoruzlar həyətdə dimdikləşir.
2. məc. Dalaşmaq, çeynəşmək, yola getməmək. |
DİMDİKLİ (ID - 9884)sif. 1. Dimdiyi olan. ..Həyətdə dənlənən yastı sarı dimdikli qazların hərdənbir qaqqıltısından başqa bir şey eşidilmirdi. Ə.Əbülhəsən.
2. Dimdiyəoxşar ağzı, ya qapağı olan. Daxilə işlənən damcı dərmanları damcılamağı... |
DİMDİRİ (ID - 9885)sif. Çox diri, çox çevik, çox zirək, çox cəld.
|
DİMEDROL (ID - 9886)is. tib. Yuxu və allergiya dərmanı.
|
DİN (ID - 9887)is. [ər.] 1. Xariqüladə qüvvələrə, varlıqlara inanmağı əsas götürən, Tanrıya etiqadı və tapınmağı sistemləşdirən ictimai şüur forması. Qorxu hissi yanlış olaraq dinin meydana gəlməsinin səbəbi sayılırdı. Din bəşəriyyət...
|
DİNA (ID - 9888)is. [yun.] fiz. Kütləsi bir qram olan cismə bir saniyədə bir santimetr təcil verən qüvvə.
|
DİNAB (ID - 9889)bax dənab.
|
DİNAMİK (ID - 9890)sif. [yun.] 1. Dinamikaya aid olan; hərəkətlə, gücün təsiri ilə əlaqədar olan. Dinamik buxarlanma. Dinamik üsul. Dinamik müvazinət.
2. Hərəkəti, təsiri, daxili qüvvəsi çox olan, daim hərəkətdə olan. Dinamik surət. Aktyorun... |
DİNAMİKA (ID - 9891)[yun.] 1. Mexanikanın, qüvvə təsirindən asılı olaraq cisimlərdə əmələ gələn hərəkətin qanunlarından bəhs edən şöbəsi.
Dinamikanın əsas məqsədi cisimlərin hərəkətini öyrənməkdən ibarətdir. Z.Xəlilov. 2. Bir şeyin... |
DİNAMİKALI (ID - 9892)sif. Dinamikası olan, dinamik.
|
DİNAMİKLİK (ID - 9893)is. Dinamikası, hərəkəti, daxili qüvvəsi bol olma. Əsərdə dialoqun dinamikliyi. Baletdə kütləvi səhnələrin dinamikliyi.
|
DİNAMİT (ID - 9894)[yun.] Əsas tərkib hissəsi nitroqliserindən ibarət olub, dağları, qayaları partlatma işlərində və s.-də istifadə edilən partlayıcı maddə. Binanın divarlarına dinamit qoyduqda xalqla bərabər biz də keçib getdik. M.S.Ordubadi. Surxaypartladılacaq...
|
DİNAMİTÇİ (ID - 9895)is. xüs. Dinamitlə partlayış işləri aparan mütəxəssis.
|
Bu səhifə dəfə baxılıb