DİLŞADsif. [fars.] klas. Ürəyi şad, könlü şad, fərəhli. Bir ləhzə bəzmi-yardə dilşadəm, ey könül; Aram tut, bu mətləbi biganə bilməsin. M.Ə.Sabir.
□ Dilşad etmək (eyləmək) - ürəyini şad etmək, sevindirmək, fərəhləndirmək. Ol edir kimini dilşad, kimini məhzun. Q.Zakir. Vay o gündən ki, məni ad elədiz; Elə bildiz də ki, dilşad elədiz. M.Ə.Sabir. Dilşad olmaq - ürəyi şad olmaq. Səni sevən olur həmişə dilşad; Soyun adəmidir, cinsinpərizad. M.P.Vaqif. Piri-meyxanə bu işdən təki dilşad olsun. S.Ə.Şirvani. Vaqif ancaq öz dostundan yetişən kağızdan xoşhal və dilşad olub. F.Köçərli. Paylaşın - Hamı bilsin
|