.....i_l_by_id_with_comments
DİLSİZ-AĞIZSIZbax dilsiz 2-ci mənada. ..Dilsiz-ağızsız, fəqir və yazıq anaların südünü əmən balalardan qorxaq, aciz və bacarıqsız nəsil əmələ gələcəkdir. F.Köçərli. Hər kəs [Ənisəni] dilsiz-ağızsız, bacarıqsız bir talibə zənn edirdi. S.Hüseyn.
// İs. mənasında. Belə hərc-mərclikdə onun kimi dilsiz-ağızsızlar tələfə gedə bilərlər. S.S.Axundov. // zərf Səssizcə, dinmədən, danışmadan, susaraq. Lal Hüseyn yenə dilsiz-ağızsız oturub kirpik çalmadan baxırdı. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|