DİMDİKLƏMƏKf. 1. Dimdiyi ilə götürüb yemək. Biixtiyar ovcumdakı dəni yerə səpərdim, cücələr bir-birini döşləyərək səpdiyim dəni dimdiklərdi. A.Şaiq.
2. Dimdiyi ilə vurmaq, dişləmək, döymək. Qızılquş pəncəsindən qurtulub, özünü insan əlində əsir görən kəklik qurtulmaq üçün həyəcanla çırpınır, əllərimizi dimdikləyirdi. A.Şaiq. Ata və ana qarğa Nurəddinin başı üstünü alıb elə həşir saldılar ki, deyəsən, bu saat onu dimdikləyib yerə salacaqdılar. S.S.Axundov. [Əli əmniyyəbaşı] bir-birini dimdikləyib hinə doluşan toyuqlara baxdı. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|