İzahlı lüğət

DİLMANC

is. köhn. 1. Çar dövründə məhkəmədə və ya bəzi başqa idarələrdə tərcüməçi. [Məşədi İbad:] Rüstəm bəy! Çox adamlar mənimlə qohum olmaq istədilər, hətta qubernatın dilmancı Cəfər bəyin xalası oğlu Daşdəmir bəy. Ü.Hacıbəyov. Məmmədhəsən əminin sözünü nə dilmanc, nə də ki nəçərnik başa düşə bilmədilər. C.Məmmədquluzadə. Baxacaq işinə hərbi məhkəmə; Etdi bu sözləri dilmanc tərcümə. H.K.Sanılı.
// Bəzən ikidilli lüğət mənasında işlənmişdir.
məc. Vasitəçi mənasında. Yarım utancaq olsa; Tutub dilmanc saxlaram. (Bayatı).
[Ağa Nəriman xan:] Bədircahan, barı sən dilmanc ol bizim aramızda.. N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

DAN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed