İzahlı lüğət

DİLRÜBA

sif. və is. [fars.] şair. Ürəyi cəlb edən, ürəkçəkən, xoşagələn, məftunedici. [Böyükxanım] gah-gah öz-özünə dilrüba bir səslə oxuyub ayaqlarını oynadırdı. M.S.Ordubadi. ..Azərşəhr, doğrudan da, Azərbaycanın dilrüba bir guşəsidir. M.İbrahimov.
// Dilbər, gözəl, canan. Şəninə dedim şirin söz, bir şey ondan dadmadım; Bu səbəbdən ağzı şəkkər dilrübadən küsmüşəm. M.P.Vaqif. Xəyali-yar edib aldım bu şəb ol dilrübadan həzz. S.Ə.Şirvani. [Dərviş:] Gecələr bu dilrübanın keşikçisi, gündüzlər qulu oldum. A.Divanbəyoğlu.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed