
DİMDİKzərf və sif 1. Çox dik, lap dik, tamam dik. Dimdik qoyulmuş dirək. Dimdik yer. - Qurban tikan kimi dimdik duran qıllarını arxalığının yaxalığı ilə sıx-sıx örtərək .. dedi. A.Şaiq. [Rüstəm bəy:] Cansız və ruhsuz bir sütun kimi dimdik qaldı. Çəmənzəminli.
2. Düz, ayaq üstə durmuş halda. [Yusif] hirsindən ayağa qalxıb dimdik dayandı. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|