
DİNAMİKsif. [yun.] 1. Dinamikaya aid olan; hərəkətlə, gücün təsiri ilə əlaqədar olan. Dinamik buxarlanma. Dinamik üsul. Dinamik müvazinət.
2. Hərəkəti, təsiri, daxili qüvvəsi çox olan, daim hərəkətdə olan. Dinamik surət. Aktyorun dinamik oyunu. - İ.P.Pavlov qan dövranının fiziologiyasını öyrənərək, ürək fəaliyyətinin xüsusi dinamik sinirlər vasitəsilə nizama salındığını kəşf etmişdir. A.Qarayev. Paylaşın - Hamı bilsin
|