İzahlı lüğət

DƏRDƏST (ID - 9096)

[fars. ]: dərdəst etmək köhn.
tutmaq, ələ keçirmək, yaxalamaq, həbs etmək. Caniləri dərdəst etdilər. - Keçəmirli kəndindən məxfi məktub yazıb onu dərdəst edəcəklər. Mir Cəlal.

DƏRD-ƏZAB (ID - 9097)

is. [fars. dərd və ər. əzab] bax dərd-qəm.

DƏRD-ƏZABLI (ID - 9098)

sif. Əziyyətli, əzablı, əzab və əziyyətlə dolu.

DƏRDİ-DİL (ID - 9099)

bax dərd-dil. Qasidgəlcək, dərdi-dilin bilmişəm; Möhnətilə didəm yaşın silmişəm. Aşıq Pəri.

DƏRDİMƏND (ID - 9100)

bax dərdmənd.

DƏRDİRİLMƏ (ID - 9101)

“Dərdirilmək”dən f.is.

DƏRDİRİLMƏK (ID - 9102)

“Dərdirmək”dən məch.

DƏRDİRMƏ (ID - 9103)

“Dərdirmək”dən f.is.

DƏRDİRMƏK (ID - 9104)

“Dərmək”dən icb. Almaları dərdirmək.

DƏRDKEŞ (ID - 9105)

is. [fars.] Dərd çəkən, dərdi olan; dərdli. Olma xali dərdkeşlər söhbətindən, ey könül! Füzuli.

DƏRD-KƏDƏR (ID - 9106)

bax dərd-qəm.

DƏRD-QƏM (ID - 9107)

is. [fars.] Qəm, qüssə, kədər. Gülsümün yükü və dərd-qəmi gündəngünə artmaqda idi. Ə.Haqverdiyev.

DƏRD-QƏMLİ (ID - 9108)

sif. Qəmli, qüssəli, kədərli.

DƏRD-QÜSSƏ (ID - 9109)

is. [fars. dərd və ər. qüssə] bax dərd-qəm. Laləzar çəmənlərində, soyuq bulaqlarında, layla çalan meşələrində bir qarış yer yoxdur ki, balaların orada şad olub dərd-qüssəyə düçar olmasınlar. N.Vəzirov.

DƏRD-QÜSSƏLİ (ID - 9110)

b ax dərd-qəmli.

DƏRDLƏNDİRİCİ (ID - 9111)

sif. Dərdlənməyə, kədərlənməyə, iztirab çəkməyə səbəb olan, dərd artıran; dərdverici.

DƏRDLƏNDİRMƏ (ID - 9112)

“Dərdləndirmək”dən f.is.

DƏRDLƏNDİRMƏK (ID - 9113)

bax dərdlətmək.

DƏRDLƏNMƏ (ID - 9114)

“Dərdlənmək”dən f.is.

DƏRDLƏNMƏK (ID - 9115)

f. 1. Kədərlənmək, xiffətlənmək, dərdə düşmək, dərd çəkmək. Mən də dərdlənmişəm küskün səsindən; Bir əsrin o qanlı faciəsindən.. S.Vurğun. Dərdlənən o qoca, qanlı, amansız; Dalğanda yox olan oğlunu istər. R.Rza.
2....

DƏRDLƏŞMƏ (ID - 9116)

“Dərdləşmək”dən f.is.

DƏRDLƏŞMƏK (ID - 9117)

qarş. Dərdlərini birbirinə söyləmək; ümumiyyətlə, baş-başa verib söhbət etmək. [Soltan bəy:] Daha bundan gözəl nə olmuş ola. Əcəb söhbət eyləyirik. Sən dul, mən dul, gəl dərdləşək də! Ü.Hacıbəyov. Qoy götürüm ələ...

DƏRDLƏTMƏ (ID - 9118)

“Dərdlətmək”dən f.is.

DƏRDLƏTMƏK (ID - 9119)

f. Dərdə salmaq, dərdləndirmək.

DƏRDLİ (ID - 9120)

sif. 1. Dərdi, kədəri olan. Mehriban dərdli başını məzlumanə bir tərzdə qaldırıb yaşı yanaqlarına doğru axan gözləri ilə baxdıqda Səlimi gördü. S.Hüseyn. Bizim dərdli Rəna, bir də ki Əsmət; Gəldi aparmağa nakam Güləri....

DƏRDLİLİK (ID - 9121)

is. Dərdli adamın halı, ürəyində dərd olma.

DƏRDMƏND (ID - 9122)

is. və sif [fars.] klas.
Dərdi, kədəri olan, ürəyi dərdli. Saqi, mədəd et ki, dərdməndəm; Qəm silsiləsinə paybəndəm. Füzuli. Gözlə məni, zarü dərdməndəm; Zənciri-xumarə paybəndəm. Məsihi.
2. Başqasının qeydinə qalan,...

DƏRDNAK (ID - 9123)

DƏRDSİZ (ID - 9124)

sif. və is. Heç bir dərdi, qayğısı olmayan. Dərdsiz adam. Çaylar daşdı, çağladı; Dərd üstdən dərd bağladı; Getdim dərdsiz yanına; O məndən çox ağladı. (Bayatı).

DƏRDSİZ-QƏMSİZ (ID - 9125)

sif. Dərdi, qayğısı olmayan. Ömrün-günün dərdsiz-qəmsiz deyildi; Çox ananın dərdi sənə deyildi. M.Araz.

DƏRDSİZLİK (ID - 9126)

is. Heç bir dərd olmadığı hal.

DƏRDÜ-BƏLA (ID - 9127)

bax dərd-bəla. Ey qan olan könül, niyə düşdün bu halə sən? Bais nədir bu dərdü-bəlayə həvaləsən? S.Ə.Şirvani.

DƏRDÜ-QƏM (ID - 9128)

bax dərd-qəm. Aləmin dərdü-qəmindən xəbərin yox, Seyyid! Mən ki meyxanəni illərdi pənah eyləmişəm.S.Ə.Şirvani.

DƏRDÜ-QÜSSƏ (ID - 9129)

klas. bax dərd-qüssə.

DƏRDÜ-MÖHNƏT (ID - 9130)

klas. bax dərd(ü)möhnət. Ömür keçdi, insaf eylə, sevdiyim; Nə müddətdi dərdü-möhnət çəkirəm. Q.Zakir. Sivayi-dərdü-möhnət fəqr mülkündən xəracim yox. S.Ə.Şirvani.

DƏRDVERİCİ (ID - 9131)

bax dərdləndirici.

DƏRƏ (ID - 9132)

is. 1. İki dağ və ya təpə arasında, eləcə də düzənlikdə uzun dərin çuxur; vadi. Ey söyüdlü dərə, ey dumanlı dağ; Səfaya daldığım yerdir bu yerlər. M.Müşflq.
2. Çay yatağı, Çayın axdığı yer. Çəmənin üst tərəfi...

DƏRƏBƏY(İ) (ID - 9133)

is. tar. Keçmiş zamanlarda bir neçə kənd üzərində hökmü olan iri torpaq sahibi.
// Feodal. Hər şeydən əvvəl, Mirzə Fətəlini köhnə Şərq dövlət idarəsi üsulunun tənqidçisi, monarxizmin, İran istibdad və dərəbəy üsulunun...

DƏRƏBƏY(İ)LİK (ID - 9134)

is. 1. tar. Dərəbəyinin hal və vəziyyəti.
// Feodallıq, feodalizm. Dərəbəylik dövrü. Dərəbəylik dövrünün qalıqları.
məc. Hərki-hərkilik, özbaşmalıq. Ölkə dərəbəylik, - deyəxan-xanmı sanırsan? Axmaq kişi, insanlığı...

DƏRƏCƏ (ID - 9135)

is. [ər.] 1. Bir şeyin müqayisəli kəmiyyəti, səviyyəsi. Mədəniyyət dərəcəsi. İnkişaf dərəcəsi. Bilik dərəcəsi. Təhsil dərəcəsi. - Kənd əhalisinin savad dərəcəsini inqilabdan əvvəlki ilə müqayisə etmək çox qəribə...

DƏRƏCƏLƏMƏ (ID - 9136)

“Dərəcələmək”dən f.is.

DƏRƏCƏLƏMƏK (ID - 9137)

f. Dərəcələrə bölmək.

DƏRƏCƏLƏNMƏ (ID - 9138)

“Dərəcələnmək”dən f.is.

DƏRƏCƏLƏNMƏK (ID - 9139)

məch. Dərəcələrə bölünmək.

DƏRƏCƏLİ (ID - 9140)

sif. 1. Dərəcəsi olan, dərəcə almış, dərəcəyə malik olan. Dərəcəli elmi işçi. Dərəcəli idmançıların sayı getdikcə artır.
// Adətən sıra saylarından sonra. İkinci dərəcəli diplom. İkinci dərəcəli məsələ. Birinci...

DƏRƏCƏSİZ (ID - 9141)

sif. Dərəcəsi olmayan. Dərəcəsiz elmi işçi. Dərəcəsiz idmançı.

DƏRƏCİK (ID - 9142)

is. Kiçik dərə. Dərəcikdə gecələmək. - Zığlı dərəciklər .. yaşıllaşırdı. M.İbrahimov.

DƏRƏK (ID - 9143)

is. [ər.] 1. köhn. Uçurumun dibi.
Aşağı dərəcə, aşağı pillə.
Cəhənnəm, cəhənnəmin dibi.

DƏRƏLİK (ID - 9144)

is. Dərələr olan yer.
// Sif. mənasında. ..Uçurum, dərəlik, sıldırım qayalıq yerlərdən keçirdim. A.Şaiq.

DƏRƏLİK-TƏPƏLİK (ID - 9145)

bax dərə-təpəlik.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed