
DƏRDMƏNDis. və sif [fars.] klas.
Dərdi, kədəri olan, ürəyi dərdli. Saqi, mədəd et ki, dərdməndəm; Qəm silsiləsinə paybəndəm. Füzuli. Gözlə məni, zarü dərdməndəm; Zənciri-xumarə paybəndəm. Məsihi. 2. Başqasının qeydinə qalan, başqasının dərdinə qalan. // məc. zar. Hal əhli. Görünür ki, qazı lotudu və yaxşı adamdı, .. görünür ki, dərdmənddi. C.Məmmədquluzadə. Paylaşın - Hamı bilsin
|